Elçin Quliyev şəhidlərin məzarlarını ziyarət etdi » devlet.info.az
Xəbərlər



Elçin Quliyev şəhidlərin məzarlarını ziyarət etdi
Elçin Quliyev şəhidlərin məzarlarını ziyarət etdi

2 dekabr tarixində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və qurumun digər vəzifəli şəxsləri Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəti­cəsində həlak olan hərbi qulluqçular polkovnik Füzuli Cavadovun və kapitan Xəyyam Əliyevin məzarlarını ziyarət edib, onların əziz xatirələrini ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri qoyublar.

Hər iki hərbi qulluqçu ailələrinin arzusu ilə müvafiq olaraq, Bakı şəhərinin Zirə və Əmircan qəsəbələrində dəfn ediliblər.

Hərbi qulluqçuların ailələrinə baş çəkilib və baş sağ­lığı verilib.
Baxış sayı: 18