Ulu öndər Heydər Əliyevin xatirəsi Yevlaxda dərin hörmət və ehtiramla anılıb » devlet.info.az
Xəbərlər



Ulu öndər Heydər Əliyevin xatirəsi Yevlaxda dərin hörmət və ehtiramla anılıb
Ulu öndər Heydər Əliyevin xatirəsi Yevlaxda dərin hörmət və ehtiramla anılıb

Xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi respublikamızın hər yerində olduğu kimi, Yevlaxda da dərin hörmət və ehtiramla anılıb.

Ulu öndər Heydər Əliyevin vəfatının on səkkizinci ildönümü ilə əlaqədar dekabrın 12-də yevlaxlılar şəhərin baş meydanına gələrək, dahi rəhbərin abidəsini ziyarət edib, xatirəsinə hörmət və ehtiramlarını bildiriblər. Yevlax Şəhər İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının fəalları, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri dahi şəxsiyyətə sonsuz sevgi və ehtiramlarını bildirərək, ruhu qarşısında baş əyib, Ulu Tanrıdan böyük öndərə rəhmət diləyib, haqqında iftixar hissi ilə söz açıblar. Bildirilib ki, on səkkiz il öncə əbədiyyətə qovuşan Heydər Əliyevin əziz xatirəsi yevlaxlıların qəlbində daim yaşayacaq, heç vaxt yaddaşlardan silinməyəcək.
Baxış sayı: 27