Rayonda “Azərbaycan son 18 ildə” mövzusunda tədbir keçirilib » devlet.info.az
Xəbərlər



Rayonda “Azərbaycan son 18 ildə” mövzusunda tədbir keçirilib
 Rayonda “Azərbaycan son 18 ildə” mövzusunda tədbir keçirilib

 Rayonda “Azərbaycan son 18 ildə” mövzusunda tədbir keçirilib
 Rayonda “Azərbaycan son 18 ildə” mövzusunda tədbir keçirilib

23 dekabr 2021-ci il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının birgə təşkilatçılığı ilə “Azərbaycan son 18 ildə” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Sahib Şükürov, ilk Partiya təşkilatlarının sədrləri və Partiya fəalları iştirak ediblər.
Tədbir “Azərbaycan son 18 ildə” adlı videoçarxın nümayişi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Sahib Şükürov müstəqil Azərbaycanın son 18 il ərzində keçdiyi möhtəşəm inkişaf yolundan danışaraq, Azərbaycanın Müstəqillik tarixinin ilk illərində qarşılaşdığı çətinliklərdən bəhs edib. Daha sonra “Azərbaycan son 18 ildə” məruzəsi ilə çıxış edən S.Şükürov Cənab İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəlişi ilə Azərbaycan dövləti üçün yeni səhifə açıldğını və Azərbaycanı regionun lider dövlətinə çevirmək, onun beynəlxalq nüfuzunu artırmaq, dövlətimizi gücləndirmək və onu daha da qüdrətli etmək kimi vəzifələri həyata keçirdiyini vurğuladı.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində azad olunduğunu, Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthinin tariximizə Zəfər Günü kimi yazıldığını qeyd etdi.
Partiya fəalları Vüqar Məsimov “Son 18 ildə Azərbaycanda təhsilin inkişaf istiqamətləri”, Səbinə İbrahimova “Son 18 ildə Azərbaycan səhiyyəsi – uğurlar, nailiyyətlər”, Nuranə Əzizli “Son 18 ildə - Mədəniyyət siyasətinin inkşaf yolları”, Həmidə Məcidli “Son 18 ildə Dövlət gənclər siyasətinin həyata keçirilməsində əldə olunan uğurlar”, Mahir Cəfərov “2003-2021 ci ildə əldə olunan iqtisadi uğurlar” və Bayram Vəliyev “Azərbaycanda son 18 ildə hərbi sahədəki inkişaf” mövzularında tədbir iştirakçılarına geniş məlumat verdilər.
Baxış sayı: 31