Sumqayıtlı şəhid və qazi övladları üçün Yeni il şənliyi keçirilib » devlet.info.az
Xəbərlər

Sumqayıtlı şəhid və qazi övladları üçün Yeni il şənliyi keçirilib

Sumqayıtdakı Heydər Əliyev Mərkəzində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində şəhid və qazi övladların bir qrupu üçün bayram şənliyi təşkil olunub.

Şənlik Vətənimiz bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxışlarda 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun əldə etdiyi Zəfərin xalqımıza yaşatdığı əvəzsiz sevinc və qürur hissindən, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarından söz açılıb, şəhid və qazi ailələrinin hər zaman diqqət mərkəzində saxlanıldığı, onların problemlərinin həlli istiqamətində mühüm addımlar atıldığı bildirilib.

Tədbir şəhid və qazi övladlarından ibarət "Əmanət" xor kollektivim ifasında vətənpərvərlik ruhunda mahnılar səsləndirilib. Xor kollektivinin rəhbəri Ayişə Səfərli, bədii rəhbəri İradə Aslanovadır.

Daha sonra Yeni il bayramın ənənəvi personajları - Şaxta baba və Qar qız şənliyə qatılaraq uşaqları təbrik edib, balacalara bayram hədiyyələri paylayıb və onlarla birgə rəqs edərək tədbirə əlavə rəng qatıblar.
Baxış sayı: 29