Suraxanıda şəhidin xatirəsinə bulaq–abidə kompleksi inşa edildi » devlet.info.az
Xəbərlər



Suraxanıda şəhidin xatirəsinə bulaq–abidə kompleksi inşa edildi
Suraxanıda şəhidin xatirəsinə bulaq–abidə kompleksi inşa edildi

Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş əsgər Feyzullayev Aydın Zakir oğlunun anım günündə adının əbədiləşdirilməsi məqsədilə onun xatirəsinə Suraxanı rayonu, Bülbülə qəsəbəsində ucaldılmış bulaq-abidə kompleksinin açılış mərasimi keçirilib.

Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən anım tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Afət Həsənova, şəhid ailələri və qazilər iştirak ediblər.

Bulaq-abidə kompleksinin açılış mərasimində RİH başçısı Əziz Əzizov çıxış edib: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirərək, zəfər çaldı və qələbə sevincini Azərbaycan xalqına yaşatdı. Böyük qələbənin qazanılmasında, torpaqlarımızın azadlığı, ölkəmizin müstəqilliyi uğrunda canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazan şəhidlərimizi boya başa çatdıran valideynlərin dərdi dərin olsa da, qürur hissləri də böyükdür. Bu hissləri onlara bəxş edən vətən sevgisi, torpaq təəssübkeşliyi, dövlətimizin şəhidlərin ruhuna bəslədiyi ehtiram və onların ailələrinə tükənməyən qayğısıdır”.

Qeyd edək ki, Aydın Feyzullayevin adı Müdafiə Nazirliyinin Vətən müharibəsi zamanı itkin düşmüş hərbi qulluqçularının siyahısındadır.
Baxış sayı: 11