Yaxın həftələrdə Avropa əhalisinin 50 faizi "omikron" ştammına yoluxacaq - ÜST » devlet.info.az
Xəbərlər



Yaxın həftələrdə Avropa əhalisinin 50 faizi "omikron" ştammına yoluxacaq - ÜST
Yaxın həftələrdə Avropa əhalisinin 50 faizi "omikron" ştammına yoluxacaq - ÜST

Bu sürətlə davam edəcəyi təqdirdə yaxın 6-8 həftə ərzində Avropa əhalisinin 50 faizi koronavirusun "omikron" ştammına yoluxacaq.

Bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa regional bürosunun rəhbəri Hans Klüge deyib.

O bildirib ki, regionun 53 ölkəsindən 50-də "omikron" ştammı qeydə alınıb.

"2022-ci ilin birinci həftəsində regionda 7 milyon yeni yoluxma qeydə alınıb. Bu, əvvəlki həftə ilə müqayisədə iki dəfə çoxdur. Qərbi Avropada və Balkanlarda bu ştamm dominant olmağa başlayıb. Bu tempdə davam edəcəyi təqdirdə 6-8 həftə ərzində Avropa əhalisinin 50 faizi "omikron" ştammına yoluxacaq", - deyə o bildirib
Baxış sayı: 22