Azərbaycana 1 milyon 200 min doza “Coronavac” vaksini gətiriləcək » devlet.info.az
Xəbərlər



Azərbaycana 1 milyon 200 min doza “Coronavac” vaksini gətiriləcək
Azərbaycana 1 milyon 200 min doza “Coronavac” vaksini gətiriləcək

2022-ci ilin yanvar ayında Azərbaycana növbəti dəfə yeni növ koronavirus (COVID-19) əleyhinə istifadə edilən “Coronavac” vaksini gətiriləcək.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.

Qeyd olunub ki, təsdiq olunmuş müqaviləyə əsasən, bu ay ərzində Çindən ölkəyə 1 milyon 200 min doza “Sinovac” şirkətinə məxsus “Coronavac” vaksininin gətirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, hazırda Azərbaycanda COVID-19 əleyhinə vaksinasiyada “Coronavac”, “Sputnik V” və “Pfizer” vaksinlərindən istifadə olunur.
Baxış sayı: 14