İcra başçısı sakinlərlə görüş keçirdi » devlet.info.az
Xəbərlər



İcra başçısı sakinlərlə görüş keçirdi
İcra başçısı sakinlərlə görüş keçirdi

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov yerli sakinlər üçün növbəti səyyar qəbul keçirib.

Sakinlərlə görüş 286 saylı tam orta məktəbdə baş tutub.

Görüşdə Yasamal rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Yasamal bələdiyyəsinin, MKTB və kommunal xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Elşad Həsənov sakinlərə müraciət edərək hansı problem və qayğılarla üzləşdikləri ilə maraqlanıb və öz təklif və şikayətlərini bilavasitə ona bildiməyə çağırıb.

Növbə ilə söz alan vətəndaşlar orta məktəblərin təmiri, gənclərin asudə vaxtının təşkili, narkomaniya və cinayətkarlıqla mübarizə, parkinq və marşrut xətti problemi, su təchizatı, həyətlərin abadlaşdırılması, sahibsiz itlər və digər sosial məsələlərlə bağlı öz fikirlərini bildiriblər.

Sakinləri narahat edən problemlər dinlənilib, qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən tapşırıqlar verilib.
Baxış sayı: 33