Əmək pensiyalarının yenidən hesablanmaqla artırılması kimlərə şamil ediləcək? » devlet.info.az
Xəbərlər



Əmək pensiyalarının yenidən hesablanmaqla artırılması kimlərə şamil ediləcək?
Əmək pensiyalarının yenidən hesablanmaqla artırılması kimlərə şamil ediləcək?

“Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərdən biri də ailə üzvlərinin birinin dünyasının dəyişməsinə görə pensiyaların hesablanması qaydası ilə bağlıdır.

Milli Məclisin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, ailə üzvlərindən biri, ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş yoldaşı və övladları istisna olmaqla, öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud ailə başçısını itirməyə görə müavinət istisna olmaqla sosial müavinəti aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır.

Bu isə həmin şəxslərin əmək pensiyalarının yenidən hesablanması yolu ilə artmasına səbəb olacaq. Eyni zamanda, vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınacaq.
Baxış sayı: 14