Qaradağda Heydər Əliyevin anadan olmasının dönümünə həsr olunmuş dəyirmi masa keçirildi » devlet.info.az
Xəbərlər



Qaradağda Heydər Əliyevin anadan olmasının dönümünə həsr olunmuş dəyirmi masa keçirildi
Qaradağda Heydər Əliyevin anadan olmasının dönümünə həsr olunmuş dəyirmi masa keçirildi

Qaradağ rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Qaradağ Rayon İcra Hakimiyyəti baçşısı yanında Şuranın üzvləri, icra aparatının şöbə müdirləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dəyirmi masanı giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib ki, Ulu Öndər, Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixinə müstəqil dövlətçiliyin siyasi, iqtisadi əsaslarını yaradan, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirən şəxsiyyət kimi düşüb: “Dövlət idarəetmə sistemində davamlı uğur və nailiyyətlərə yol açan vacib amillərdən biri də siyasi varislik ənənələrinin təmin olunmasıdır. Siyasi varisliyin təmini əsrlər boyu formalaşmış dövlətçilik irsinin qorunması və inkişaf etdirilməsi anlamında, əslində, hər bir ölkə üçün aktual olduğunu, Azərbaycanda müstəqil dövlətçilik ənənələrini formalaşdıran Ulu Öndərimiz, dünya şöhrətli siyasi xadim Heydər Əliyev müəllifi olduğu siyasi strategiyanın davamlılığını da təmin edib. Ümummilli Liderimizin inkişaf strategiyasını inamla davam etdirən İlham Əliyev Azərbaycanı Cənubi Qafqaz regionunun sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevirməyə müvəffəq olub”.

Sonda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tədbiri yekunlaşdıraraq qeyd edib ki, Ümummilli Liderimiz Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət Onun bütün fəaliyyətinin əsasını təşkil edib.

Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu Öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı onu dünya azərbaycanlılarının lideri səviyyəsinə qaldırıb.
Baxış sayı: 9