Mikayıl Cabbarov: "Azərbaycanda əmək müqavilələrinin sayı artıb" » devlet.info.az
Xəbərlər



Mikayıl Cabbarov: "Azərbaycanda əmək müqavilələrinin sayı artıb"
Mikayıl Cabbarov: "Azərbaycanda əmək müqavilələrinin sayı artıb"

Son üç ildə Azərbaycanda həyata keçirilən təşviq əsaslı vergi siyasəti, ölkənin əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.

Bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
Nazir bildirib ki, iş yerlərin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflığın təmin edilməsi istiqamətində tədbirlərin nəticəsi olaraq, bağlanan əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 290 min vahid artıb və bu il mayın 1-nə 1 milyon 691,9 minə çatıb.

"Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 242,6 min vahid artaraq 782,5 min olub", - nazir əlavə edib.
Baxış sayı: 10