Dünyada meymunçiçəyinə yoluxma sayı mini keçdi » devlet.info.az
Xəbərlər



Dünyada meymunçiçəyinə yoluxma sayı mini keçdi
Dünyada meymunçiçəyinə yoluxma sayı mini keçdi

29 ölkədə 1000-dən çox meymunçiçəyinə yoluxma hadisəsi qeydə alınıb.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

"Hazırda 29 ölkədən bu xəstəlik üçün endemik olmayan 1000-dən çox təsdiqlənmiş meymunçiçəyinə yoluxma hadisəsi qeydə alınıb. İndiyədək bu ölkələrdə bir nəfərdə də ölüm halı qeydə alınmayıb", - ÜST-ün baş direktoru qeyd edib.

Onun sözlərinə görə, yoluxma halları təkcə kişilər arasında deyil, əsasən kişilərlə cinsi əlaqədə olan kişilər arasında aşkarlanıb.

O, həmçinin meymunçiçəyi xəstəliyinin endemik olmayan ölkələrə də keçmə riskinin real olduğunu vurğulayıb. ÜST virusun həssas əhali qruplarına, o cümlədən uşaqlara və hamilə qadınlara yayılma risklərindən xüsusilə narahatlığını vurğulayıb.
Baxış sayı: 48