Şuşada məcburi köçkünlər üçün yaşayış massivinin tikintisi davam etdirilir - Aydın Kərimov » devlet.info.az
Xəbərlər



Şuşada məcburi köçkünlər üçün yaşayış massivinin tikintisi davam etdirilir - Aydın Kərimov
Şuşada məcburi köçkünlər üçün yaşayış massivinin tikintisi davam etdirilir - Aydın Kərimov

Erməni işğalı zamanı torpaqlarımızda mədəni-tarixi abidələr dağıdılaraq məhv edilib.

Bunu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov “Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonlarının yenidənqurulması və inkişafına baxış” mövzusunda keçirilən panel iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müharibə bitdikdən sonra Şuşada dərhal yenidənqurma bərpa işlərinə başlanıldı.

“Tapşırıqlara uyğun olaraq, şəhərin əsas bina və obyektlərinin istiliklə təmin olunması istiqamətində 7 qazanxana təchiz edildi. Müharibə başa çatdıqdan dərhal sonra yarımstansiyalar tikilib, bunun sayəsində şəhərə elektrik enerjisi verilib. Həmçinin şəhərdə 7 qazanxana tikilərək istiliklə təmin edilib. Hazırda məcburi köçkünlərin tezliklə geri qaytarılacağı yaşayış massivinin tikintisi davam etdirilir”,- deyə o əlavə edib.
Baxış sayı: 7