Muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalı 3,6 faiz artıb » devlet.info.az
Xəbərlər



Muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalı 3,6 faiz artıb
Muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalı 3,6 faiz artıb

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 62 milyon 134 min 300 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu dövr ərzində diri çəkidə ət istehsalı 10397 ton, süd istehsalı 38150 ton olub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6,2 faiz, süd istehsalı isə 1,7 faiz artıb.
Baxış sayı: 21