Suraxanıda Polis Günü qeyd olundu » devlet.info.az
Xəbərlər



Suraxanıda Polis Günü qeyd olundu
Suraxanıda Polis Günü qeyd olundu

“2 İyul – Azərbaycan Polisi Günü” münasibətilə Suraxanı Rayon Polis İdarəsində təşkil olunan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov iştirak edib.

Tədbiri giriş sözü ilə açan Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov tədbir iştirakçılarını salamlayaraq şəxsi heyəti peşə bayramı günü münasibətilə təbrik edib və Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Əziz Əzizov isə çıxış edərək polis əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik edib, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə doğma Vətənin daimi tərəqqisi, daha da qüdrətlənməsi naminə xalqa şərəfli xidmətlərində onlara yeni-yeni uğurlar arzulayıb.

Suraxanı Rayon Polis İdarəsinin bir qrup əməkdaşı Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar.
Baxış sayı: 54