Babəkdə keçirilən əmək yarmarkalarına 62 müəssisədən 244 boş iş yeri çıxarılıb » devlet.info.az
Xəbərlər



Babəkdə keçirilən əmək yarmarkalarına 62 müəssisədən 244 boş iş yeri çıxarılıb
Babəkdə keçirilən əmək yarmarkalarına 62 müəssisədən 244 boş iş yeri çıxarılıb

“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti əmək yarmarkası Babək rayonunda təşkil olunub.

Tədbirdə çıxış edənlər muxtar respublikada işaxtaranların məşğulluğunun təmin edilməsi üçün əlverişli şəraitin yaradıldığını, bu istiqamətdə görülən tədbirlərin səmərəliliyinin artırıldığını vurğulayıblar. Bildirilib ki, Dövlət Proqramının icrası çərçivəsində ilin əvvəlində muxtar respublikanın əmək bazarı təhlil olunub, nəticələr əsasında aktiv məşğulluq tədbirləri icra edilib. Hər rüb təşkil olunan əmək yarmarkaları da bu sahədə ardıcıllığın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Hərbi xidmətdən yeni tərxis olunmuş gənclərin də iştirak etdiyi əmək yarmarkasında işaxtaranlara ümumilikdə 62 müəssisədən 244 boş iş yeri təqdim edilib. Nəticədə 37 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 11 nəfərin özünüməşğulluq proqramına, 7 nəfərin isə peşə hazırlığı kurslarına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.

Növbəti əmək yarmarkası Naxçıvan şəhərində keçiriləcək.
Baxış sayı: 39