Suraxanıda şəhid doğum günündə anıldı - » devlet.info.az
Xəbərlər



Suraxanıda şəhid doğum günündə anıldı -
Suraxanıda şəhid doğum günündə anıldı -

Bu gün Suraxanı rayonunda şəhid Kazımlı Mürsəl Kamil oğlu doğum günündə anılıb.

Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavinləri, YAP Suraxanı rayon təşkilatının sədri, RİHBA-nın şöbə müdirləri, şəhid ailələri şəhidin doğum günü münasibətilə onun xatirəsini məzarı və xatirə kompleksi önündə ziyarət edərək gül dəstələri düzüb, ailəsinə baş çəkiblər.

Qeyd edək ki, Mürsəl Kazımlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Baxış sayı: 101