Avtomobildə 40-dan çox qolbağı gömrükdən keçirmək istədi » devlet.info.az
Xəbərlər



Avtomobildə 40-dan çox qolbağı gömrükdən keçirmək istədi
Avtomobildə 40-dan çox qolbağı gömrükdən keçirmək istədi

Gümüşdən hazırlanmış zərgərlik məmulatlarının gömrük nəzarətindən gizlətməklə keçirilməsinə cəhdin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, belə ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan ölkə ərazisinə daxil olan yük nəqliyyat vasitəsinin sürücüsü şifahi sorğu-sual edilib. Sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən, gömrük orqanına mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Gömrük baxışı zamanı isə nəqliyyat vasitəsinin qoşqusunun ərzaq üçün nəzərdə tutulan sandıqcasında gömrük nəzarətindən gizlədilən, gömrük orqanına bəyan edilməyən gümüşdən hazırlanmış 12 ədəd təsbeh, 3 ədəd üzük, 47 ədəd qolbaq, 35 ədəd boyunbağı aşkar olunub.

Aşkar edilən predmetlərin qablaşdırma ilə birlikdə çəkisi 1400 qram təşkil edib.

Faktla bağlı araşdırma aparılır.
Baxış sayı: 66