Bədii gimnastika üzrə Azərbaycan yığması dünya çempionatına yola düşüb » devlet.info.az
Xəbərlər



Bədii gimnastika üzrə Azərbaycan yığması dünya çempionatına yola düşüb
Bədii gimnastika üzrə Azərbaycan yığması dünya çempionatına yola düşüb

Bədii gimnastika üzrə Azərbaycan yığması Sofiyada (Bolqarıstan) keçiriləcək dünya çempionatına yola düşüb.

2022-ci il sentyabrın 14-dən 18-dək Sofiyada bədii gimnastika üzrə 39-cu dünya çempionatı keçiriləcək.

Yarışlarda Azərbaycanı fərdi proqramda Zöhrə Ağamirova, İlona Zeynalova, Alina Gözəlova, qrup hərəkətlərində isə Daria Sorokina, Kamilla Əliyeva, Ləman Əlimuradova, Güllü Ağalarzadə, Elizaveta Luzan, Zeynəb Hümmətovanın daxil olduğu komanda təmsil edəcək.
Baxış sayı: 14