Şəhid Fərid Zakir oğlu Mövsümovun ad günü qeyd olundu » devlet.info.az
Xəbərlər

Şəhid Fərid Zakir oğlu Mövsümovun ad günü qeyd olundu
Şəhid Fərid Zakir oğlu Mövsümovun ad günü qeyd olundu

44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Fərid Zakir oğlu Mövsümovun ad günü məzunu olduğu Göyçay şəhər 3 nömrəli tam orta məktəbin qarşısında qeyd olundu.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavinləri Ə.Dövlətov, Z.Zeynalova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi F.Əliyev, RİH başçısı aparatının əməkdaşları, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayonu şöbəsinin üzvləri, Təhsil işçiləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhidin ailə üzvləri iştirak edirdilər.
Əvvəlcə şəhidin əziz xatirəsi ehtiramla yad olundu, məktəbin qarşısındakı barelyefin üzərinə gül dəstələri düzüldü.
Mərasimdə çıxış edən Ə.Dövlətov, Z.Zeynalova, F.Əliyev, E.Rüstəmov vətənimizin bütövlüyü uğrunda gedən mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirmişlər.
Tədbir iştirakçıları məktəbin Fərid Mövsümov adlandırılan sinfinə keçərək məktəblilərlə görüşmüş, məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndirmişlər. Daha sonra tədbir Göyçay şəhər Şəhidlər Xiyabanında şəhidin məzarı önündə davam etmiş, ruhuna dualar oxunmuşdur.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Xatırladaq ki, Fərid Mövsümov 30 oktyabr 2020-ci il tarixdə Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.

Ey Vətən!qeyrətli ogulların var,
Canından,qanından keçənlərin var.
Düşməni məhv edib zəfər qazanan,
Fərid tək igidin,şəhidlərin var!

Şəhidlik əbədi yaşam deməkdi,
Daim qalacaqdır ürəyimizdə.
Vətənin qəhrəman,qeyrətli oglu,
Əbədi iz qoydu tariximizdə!

Baxış sayı: 33