Yeni modul tipli təhsil müəssisələrinin quraşdırılması üçün 5 milyon manat ayrıldı - SƏRƏNCAM » devlet.info.az
Xəbərlər



Yeni modul tipli təhsil müəssisələrinin quraşdırılması üçün 5 milyon manat ayrıldı - SƏRƏNCAM
Yeni modul tipli təhsil müəssisələrinin quraşdırılması üçün 5 milyon manat ayrıldı - SƏRƏNCAM


Prezident İlham Əliyev Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişaf etdirilməsi məqsədilə qərara alınır:

- Azərbaycan Respublikasının ərazisində yeni modul tipli təhsil müəssisələrinin quraşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli 3143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.3-cü yarımbəndində göstərilmiş məbləğin 5,0 (beş) milyon manatı bu Sərəncama əlavəyə uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ayrılsın.

- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncama əlavədə nəzərdə tutulmuş bölgüyə uyğun olaraq maliyyələşməni təmin etsin.

- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

- Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

***

Azərbaycan Respublikasının ərazisində quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı

Sıra №-si

Tədbirin adı

Ayrılan vəsait

(min manatla)

İcra müddəti

1.
Kürdəmir rayonunun Axtaçı kəndində 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285,0

2022

2.
Şamaxı rayonunun II Cabanı kəndində 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

355,0

2022

3.
Ağstafa rayonunun Köçvəlili kəndində 132 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

424,0

2022

4.
Daşkəsən rayonunun Tapan kəndində 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

256,0

2022

5.
Goranboy rayonunun Kürəkçay kəndində 56 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması

256,0

2022

6.
Şəmkir rayonunun Ələsgərli kəndində 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

386,0

2022

7.
Xaçmaz rayonunun Şıxlar kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması

256,0

2022

8.
Qusar rayonunun Hil sirt kəndində 132 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

424,0

2022

9.
Cəlilabad rayonunun Moranlı kəndində 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

382,0

2022

10.
Cəlilabad rayonunun Sarxanlı kəndində 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

382,0

2022

11.
Cəlilabad rayonunun Əsədli kəndində 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

386,0

2022

12.
Lerik rayonunun Osyodərə kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması

210,0

2022

13.
Lerik rayonunun Buruq kəndində 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

256,0

2022

14.
Masallı rayonunun Sarıcəfərli kəndində 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

386,0

2022

15.
Yardımlı rayonunun Cirimbel kəndində 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

356,0

2022

Cəmi:

5.000,0
Baxış sayı: 5