Qiraətçi, şairə Günel Əliyevadan-AÇIQLAMA: » devlet.info.az
Xəbərlər



Qiraətçi, şairə Günel Əliyevadan-AÇIQLAMA:
Qiraətçi, şairə Günel Əliyevadan-AÇIQLAMA:

Incə duyğularla ədəbiyyata gələn gənc qiraətçi və şairə Günel Əliyevaya Azərbaycan Türk Xalqları Qardaşlığı İctimai Birliyinin sədr müavini,tanınmış şair, jurnalist,Prezident təqaütçüsü ,H.Zərdabi diplomunun mükafatçısı, 213 mahnının söz yazarı Abil İslam TÜRKSOY ləqəbini təqdim edib.

Şairə xanım özünəməxusus şeirlərini səsləndirməklə yanaşı Azərbaycan ədəbiyyatının sevimli yazarlarının şeirlərinidə öz ifasında səsləndirərək şeir dünyasına öz imzasını atıbdır.

Son günlər şairə xanımın səsləndirdiyi şeirlərə oxucular fərqli fikirlər səsləndirmişlər. Günel Türksoy həmin şəxslərə özünəməxsus şəkildə cavab verib. Bildirib ki, “Mən bu günə kimi öz məqsədimə görə nə kiminsə şeirin səsləndirməmişəm,nədə kiməsə deməmişəm məni izlə.Onu da deyim ki, mən heç bir şairin şeirini təmənnayla qiraət etmirəm və etməyəcəmdə.Bu mənim hobbimdir.Xoşladığım,ruhuma yatan şeirləri səsləndirəcəm.Mənim məqsədim savadlı şairə olmaqdır.Bunun üçün ilk öncə öz yazdığım şeirlərdə səhvlərimi düzəltməliyəm!”.

Qeyd edək ki, qiraətçi və şairə Günel Türksoy haqqsız fikir səsləndirənlərə özünün “Etiraf” şeirində cavab verib.

Baxış sayı: 53