Nizami rayonunda Zəfər Günü münasibətilə tədbir keçirilib » devlet.info.az
Xəbərlər

Nizami rayonunda Zəfər Günü münasibətilə tədbir keçirilib
Nizami rayonunda Rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin deputatları, YAP Nizami rayon təşkilatının sədri, rayon ictimaiyyət nümayəndələri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilərin iştirakı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.
Nizami rayonunda Zəfər Günü münasibətilə tədbir keçirilib

Dövlət himni səsləndirildikdən və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir iştirakçıları “Zəfərə gedən yol” adlı sənədli filmə baxıblar.

RİH başçısı Coşqun Cəbrayılov tədbirdə çıxış edərək bildirib ki, xalqımız artıq ikinci ildir ki, Azərbaycanın ən yeni tarixinin - şanlı Zəfər salnaməsinin təntənəsi ilə yaşayır. 8 Noyabr – Zəfər Günü birliyimizin və milli iradəmizin rəmzi kimi Azərbaycanımızın tarixinə qızıl hərflərlə əbədi həkk olunub. Bu böyük Qələbə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi, müdrik rəhbərliyi və dəqiq planları, həmçinin cəsarəti, şücaəti və müzəffər Ordumuza böyük inamı sayəsində qazanılıb.

Tədbirdə çıxış edən Vətən müharibəsi qəhrəmanı Azad Hümbətovun atası Arif Hümbətov, Milli Məclisin deputatları Könül Nurullayeva, Rasim Musabəyov, Vətən müharibəsi qazisi, baş leytenant Arif Əliyev, YAP Nizami rayon təşkilatının sədri Ramin Vəlibəyov Zəfər Günü münasibətilə öz təbriklərini çatdırıblar.

Baxış sayı: 15