Messi Qətərdə keçiriləcək Dünya Çempionatının favoritlərini açıqlayıb » devlet.info.az
Xəbərlər



Messi Qətərdə keçiriləcək Dünya Çempionatının favoritlərini açıqlayıb
Messi Qətərdə keçiriləcək Dünya Çempionatının favoritlərini açıqlayıb

PSJ klubunun və Argentina millisinin hücumçusu Lionel Messi Qətərdə keçiriləcək Dünya Çempionatının favoritlərini açıqlayıb.

Bu barədə Cənubi Amerika Futbol Federasiyasının mətbuat xidmətindən bildirilib.

"Nə vaxt qələbəyə namizədlərdən danışırıqsa, həmişə eyni komandalardan danışırıq. Düşünürəm ki, Braziliya, Fransa və İngiltərə qalanlardan bir qədər üstündür", - deyə L.Messi bildirib.

Qeyd edək ki, Dünya Çempionatı 2022-ci il noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Turnir beş şəhərin səkkiz stadionunda keçiriləcək. Final qarşılaşması Milli Stadionda baş tutacaq.
Baxış sayı: 11