Göyçaylı idmançı Cəlal Seyidov qızıl medal qazandı » devlet.info.az
Xəbərlər



Göyçaylı idmançı Cəlal Seyidov qızıl medal qazandı
Göyçaylı idmançı Cəlal Seyidov qızıl medal qazandı

Göyçay Uşu-Sanda XAN klubunun baş məşqçisi Orxan Ələkbərovun tələbəsi 48 kq çəki dərəcəsində mübarizə aparan Seyidov Cəlal Yaşar oğlu Yunanıstanın Loutraki şəhərində yeniyetmələr arasında keçirilən 18-ci Avropa çempionatında iştirak edib.

Cəlal Seyidov 20 ölkənin idmançılarının iştirak etdiyi yarışda İtalya və Yunanıstandan olan rəqiblərini məğlub edərək yarımfinala yüksəlib.Daha sonra idmançımız finalda Rumıniyalı rəqiblərinə qalib gələrək yarışı qızıl medalla başa vurub.

Qeyd edək ki, Seyidov Cəlal Yaşar oğlu Göyçay şəhər Ziya Bünyadov adına 3 saylı tam orta məktəbin şagirdidir.
Baxış sayı: 80