Rusiyada bina partlayışı nəticəsində ölənlərin sayı yeddi nəfərə çatıb » devlet.info.az
Xəbərlər



Rusiyada bina partlayışı nəticəsində ölənlərin sayı yeddi nəfərə çatıb
Rusiyada bina partlayışı nəticəsində ölənlərin sayı yeddi nəfərə çatıb

Rusiyanın Saxalin vilayətində beşmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

Bu barədə şənbə günü vilayətin qubernatoru Valeri Limarenko bildirib.

Həlak olanlardan üçü uşaqdır. Qeyd olunur ki, daha 3 sakinin axtarışları davam etdirilir.

Xatırladaq ki, Saxalinin Tımovskoye qəsəbəsində məişət qazın partlaması nəticəsində beşmərtəbəli bina çöküb.
Baxış sayı: 29