Azərbaycan nefti ucuzlaşıb » devlet.info.az
Xəbərlər



Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 18-də 89,85 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,25 dollar/barel azdır.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 86,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,4 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 56,73 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 3,67 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 88,41 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,96 dollar/barel azdır.
Baxış sayı: 7