İran Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir » devlet.info.az
Xəbərlər



İran Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir
İran Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir
YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov
Əsasını müsir Azərbaycan dövlətinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin qoyduğu və bu gün Prezidentimiz cənab İlham Əliyevin dövrün tələblərinə uyğun olaraq davam etdirdiyi xarici siyasətin təməlində qonşu, eləcə də bütün dövlətlərlə mehriban, dostluq münasibətlərinin qurulması əsas yer tutur.
Şahidi oluruq ki, bəzi qonşu ölkələr çox təəssüflər olsun ki, bu münasibətlərə zidd siyasət yürüdür. Belə qonşularımızdan biri də İrandir. İran uzun illərdir ki, Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir, ikili standartlardan çıxış edir.
27 sentyabr 2020-ci il tarixinə, yəni Vətən müharibəsi başlayan dövrə qədər Azərbaycana qarşı özünü dost və qardaş ölkə kimi göstərən İran əldə etdiyimiz tarixi Zəfərimizdən sonra özünün əsl simasını nümayiş etdirir. İranın sözdə dostluq və qardaşlıq münasibətləri əslində xainlik üzərində qurulduğunun şahidi olduq. Gördük ki, İran qonşu olaraq Azərbaycana qarşı dostluq deyil, riyakar davranış sərgiləyir. 30 il ərzində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını desə də davamlı olaraq təcavüzkar Ermənistana dəstək verib. Ermənistanla geniş miqyasda iqtisadi əlaqələr, birgə iqtisadi layihələr həyata keçirib .
30 il ərzində Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu məlumdur. Ərazilərdə bütün mədəniyyət, dini obyektlər, yaşayış məntəqələri məhv edilib. Məsçidlərimizdə donuz saxlayaraq İslam dinini, islam dəyərlərini təhqir ediblər. Bu sadəcə Azərbaycana qarşı deyil, bütün İslam aləminə edilmiş təhqir idi. Amma nədənsə “İslam” dövləti olan İran Ermənistanın bu vandal davranışına münasibət bildirməyib, heç zaman Ermənistanı buna görə ittiham etməyib. Bu reallıq da İranın anti-Azərbaycan siyasət yürütdüyünü təsdiqləyir. İran 30 ilə yaxın bir müddətdə erməni işğalında olan ərazilərimizin talan olunmasında iştirak edib. Ermənistan Azərbaycanın işğal edilmiş Qarabağ ərazilərinə İranın yük maşınları ilə yanacaq və silah daşıyıb. Bu gün də İran Zəngəzur dəhlizinin açılmasının ləngidilməsinə çalışır. Bununla da İran bütün vasitələrlə açıq şəkildə Ermənistana dəstək vermiş olur. Məlum olduğu kimi, ötən həftə Ermənistanın Qafan şəhərində İranın konsulluğunu açıldı. Bu hadisə də İranın Ermənistanı dəstəklədiyini sübut edən daha bir faktdır.
Bu gün Azərbaycan Prezident cənab lham Əliyevin rəhbətliyi ilə heç zaman olmadığı qədər güclü və qüdrətlidir. Azərbaycan xalqı da prezidentinin ətrafında sıx birləşib. İran tərəfindən törədilən təxribatlar, İran rəsmilərinin mənasız bəyanatlarının, çıxışlarının Azərbaycan üçün əhəmiyyət və təsiri yoxdur. Azərbaycan xalq qalib xalq, ordusu qalib ordudur. Heç bir təhdid, heç bir hədə qorxu bizi haqq yolumuzdan, haqq savaşımızdan döndərə bilməz. Bu gün Azərbaycan istənilən təxribatın qarşısını almağa, cavabını çox ağır şəkildə verməyə qadirdir .
Baxış sayı: 8