Yeni Azərbaycan Partiyasının yaradılması müasir tariximizin ən əlamətdar hadisələrindəndir. » devlet.info.az
Xəbərlər



Yeni Azərbaycan Partiyasının yaradılması müasir tariximizin ən əlamətdar hadisələrindəndir.
Yeni Azərbaycan Partiyasının yaradılması müasir tariximizin ən əlamətdar hadisələrindəndir.
YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov
Ölkəmizin yeni tarixində mühüm siyasi əhəmiyyətli hadisələrdən olan Yeni Azərbaycan Partiyasının yaradılması xüsusi yer tutur və partiyanın yaranması respublikamızın müasir tarixinin ən əlamətdar hadisələrindəndir.
Müstəqil Azərbaycan dövləti ilə eyni zamanda təşəkkül tapan Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi 30- ildə bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldərək, bir birindən əhəmiyyətli uğurlara imza atmışdır.Partiyanın yaradıcısı ümummilli lider Heydər Əliyevin zəngin , təcrübəli , müstəqil, demokratik ,hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyəti Azərbaycanın bu gününü və gələcək taleyini müəyyən etmişdir.
1991-93 cü illər təlatümlü , faciəli hadisələrlə zəngin dövr olsa da , bu illəri tariximizin bir səhifəsi kimi unutmamalıyıq .Bu dövrdə yaşanan durum ulu öndər ,Heydər Əliyevin aforizminə çevrilən “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi , əbədi olması bundan da çətindir “ fikrinin reallığa əsaslandığını təsdiqlədi. Azərbaycan dövlət müstəqilliyini itirmək,bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz üzə dayanmışdır.İctimai - siyasi durumun gərginliyi , vətəndaş qarşıdurmasının dərinləşməsi,hakimiyyət uğrunda mübarizə həmin dövrün xarakteristikasıdır.
İdarəetmə səriştəsi olmayan, təsadüfü adamların dövlət strukturlarında yüksək vəzifələrə təyin edilməsi ölkəmizin üzləşdiyi ağır durumu daha da dərinləşdirdi.Belə bir çətin məqamda xalq öz xilaskarına -Heydər Əliyevə üz tutdu. Bir qrup ziyalının , Heydər Əliyevə “ Azərbaycan sizin sözünüzü gözləyir “ 16 oktyabr 1992- ci il tarixli müraciəti də belə bir çətin vəziyyətdə ünvanlandı. Məhz Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da xalqın çağırışına səs verǝrǝk Bakıya gəlməsi, Azərbaycan ağırlıqlarını öz çiyinlərinə götürməsi Azərbaycanı mövcud təhlükədən xilas etdi.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkəmizin üzərindəki qara buludlar dağılmağa başladı, ölkənin ictimai-siya¬si, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı.
Təsis konfransını 550 nəfərin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasınin 10 illiyinə 280 min üzv birləşirdirsə, bu gün onların sayı 760 mindən artıqdır.Bu Heydər Əliyev ideyyalarına sədaqətin,onun layiqli davamçısı prezident İlham Əliyevin həyata kecirdiyi uğurlu siyasətin gələcəyinə inamın göstəricisidir.
Azərbaycan xalqının bütün ictimai – siyasi, sosial-iqtisadi ,maddi –mənəvi həyatı Heydər Əliyevin adı ilə bağlıdır. Milli mənafeyi xalq mənafeyinə, xalq mənafeyini isə dövlət mənafeyinə çevirə bilən ulu öndər öz ölkəsinin tərəqqisini təmin etməklə bərabər, həm də öz ölkəsi üçün beynəlxalq nüfuz və etibar qazandı. Prezident kimi 10 illik fəaliyyəti dövründə Ulu öndər bir iqtisadi formasiyadan digərinə keçid alan Azərbaycan cəmiyyətini bütün təhlükələrdən xilas edərək ,yeni iqtisadi modellə gələcəyimizi İlham Əliyev kimi gənc ,peşəkar siyasi liderin rəhbərliyinə istiqamətləndirdi. İlham Əliyev hakimiyyətə gəlişi ilə Azərbaycan dövləti üçün yeni səhifə açdı. Bu səhifə Azərbaycanı regionun lider dövlətinə çevirmək, onun beynəlxalq nüfuzunu artırmaq, dövlətimizi gücləndirmək və onu daha da qüdrətli etmək kimi vəzifələri həyata keçirməyə başladı.
Azərbaycan sürətli bir inkişaf yolu keçdi. Bu gün Azərbaycan Qoşulmama Hərəkatı kimi nəhəng beynəlxalq təşkilatın toplantısına sədrlik edir, ölkəmiz nüfuzlu Qlobal Forumlara, tədbirlərə, idman yarışlarına ev sahibliyi edir. Bütün bunlar ölkəmizin gücünün , apardığı düşünülmüş siyasətin , ölkə rəhbərinin nüfuzunun göstəricisidir.
Prezident,Partiyamızın sədri , Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı.
Məhz bu ordu öz Ali Baş Komandanının qüdrətli sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq qurtuluş savaşını başladı və dünyanı heyrətə salan hərbi uğurlara imza atdı. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız 44 gün ərzində azad olundu. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazıldı. İki gün sonra isə işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi.
Təbii ki, bu istiqamətdə hakim və alternativsiz siyasi qüvvə olan YAP-da üzərinə mühüm vəzifə və məsuliyyət düşür. Əminliklə söyləmək olar ki, partiyamızın sədri möhtərəm prezidentimizin qətiyyətli siyasəti və başlıca olaraq xalq-iqtidar həmrəyliyi fonunda Yeni Azərbaycan Partiyası da öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə Azərbaycanın daha möhtəşəm nailiyyətlər qazanmasında və strateji zirvələr fəth etməsinə layiqli töhfəsini verəcəkdir.
Baxış sayı: 9