Dövlətlər öz müstəqilliklərini, liderlər öz xalqlarının təhlükəsizliklərini bacardıqları kimi qoruyurlar. » devlet.info.az
Xəbərlər



Dövlətlər öz müstəqilliklərini, liderlər öz xalqlarının təhlükəsizliklərini bacardıqları kimi qoruyurlar.
Dövlətlər öz müstəqilliklərini, liderlər öz xalqlarının təhlükəsizliklərini bacardıqları kimi qoruyurlar.
YAP Göyçay rayon təşkilatının fəalı Gülşən Muradova
Bilirik ki, Azərbaycan dünyəvi dövlətdir, Böyük Britaniya kimi, İran isə dini dövlətdir.
Son dövrlərdə İranla Azərbaycan arasında gərginliyin yaşanmasının məsuliyyəti İranın üzərinə düşür. 44 günlük Vətən müharibəsində tarixi Zəfərdən sonra İranın Azərbaycana qarşı aqressiv mövqeyi ortaya çıxdı.
İran bir müsəlman ölkəsi olaraq Azərbaycanın qələbəsindən sonra özünü Ermənistanın müdafiəçisi kimi aparmağa başladı.Müsəlman bir ölkənin məscidləri təhqir edib dağıdan Ermənistanla belə isti münasibətlər qurması Azərbaycan xalqını və dövlətini narazı salmaya bilməzdi.
İranla gərginlik istəmədiyimiz halda Tehran münasibətləri qırılma nöqtəsinə gətirib çıxardıb. Münasibətlərin gərginləşməsinə Tehran rəvac verib, münasibətlərin normallaşması üçün də birinci addımı qarşı tərəf atmalıdır.
İranın Azərbaycana düşmən siyasəti, eləcə də Azərbaycanın gücünün artması, Türkiyə ilə strateji müttəfiqliyi, Türk Dövlətləri Təşkilatının yaranması, habelə Zəngəzur dəhlizi mövzusunda İsrail, Çin və Böyük Britaniyadan dəstək alması da rol oynayır. Azərbaycanın ABŞ-dan və enerji təhlükəsizliyi ilə əlaqədar Avropa Birliyindən dəstək alması da önəmli rola malikdir.
Azərbaycan dövlətinin qazandığı tarixi zəfərlə barışmayan bir ovuc qara-qura isə eyni məntiqlə Bakıda aksiya təşkil etməyə çağırır.
Azərbaycanın inkişafına adekvat olmaq vaxtıdır. Prinsipiallıq, barışmazlıq, dövlət döyüşçülüyü vaxtıdır.
Son 10 ildə İran Azərbaycan ərazisindən özünə qarşı təhdidlərin olmasını açıq və ya gizli şəkildə Bakıya bildirib. Məşhur “WikiLeaks” yazışmalarında Tehranın Bakı qarşısında qaldırdığı iddialar arasında məhz İsraillə əməkdaşlığın doğurduğu təhlükələr yatırdı. İran hakimiyyəti konkret olaraq bir neçə nüvə aliminin qətlə yetirilməsində İsraili ittiham edir.İsrailə məxsus olduğu iddia olunan pilotsuz kəşfiyyat təyyarəsinin Azərbaycan ərazisindən qalxaraq İran ərazisində, xüsusən də nüvə obyektləri üzərində kəşfiyyat uçuşları aparması ilə bağlı da təsdiq olunmayan iddialar var.
Bu cür iddialar və narazılıq doğuran məqamlar Əhmədinejad hakimiyyəti illərində Tehranla Bakı arasında ciddi soyuqluğun yaranmasına səbəb olmuşdu. Hətta rəsmi səviyyədə qarşılıqlı ittihamlar vardı.
Son bir ildə İsrailin yenidən fəallaşması Tehranda, xüsusən də hərbi dairələrdə qıcıq doğurur. Ancaq Tehran Bakı ilə açıq şəkildə təhdid dili ilə danışa bilmir. Bu şəkildə danışmaq rəsmi Bakını qorxutmur, üstəlik, iki ölkə arasında münasibətləri daha da soyudur və problemi daha da dərinləşdirir.
İranın Ermənistanla münasibətləri qoruyub saxlamaqda öz maraqları var. Birincisi, İran Ermənistan üzərində təsirini qoruyub saxlamağa çalışır. Hazırda İrəvan Rusiyadan asılı olsa da, İrana daha çox möhtacdır, üstəlik iki ölkənin quru sərhədləri var. Ermənistan İrandan qaz alır. Ermənistanla İran münasibətləri Bakının maraqlarına cavab vermir. Çünki formal da olsa, hazırda Ermənistan blokadası əsasən İran üzərindən qırılır. İranın Ermənistanla əlaqəsi olmasa İrəvan çox tez süqut edər.
Baxış sayı: 9