Xəbərlər
devlet.info.az » Gündəm » " Yeni il yeni ümidlərin bayramıdır" adlı əyləncəli bayram tədbiri keçirildi.
" Yeni il yeni ümidlərin bayramıdır" adlı əyləncəli bayram tədbiri keçirildi.
23 dekabr 2022- ci il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq söbəsinin və 9 saylı Mırtı kənd kitabxana filialının birgə təşkilatçılığı ilə Mırtı kəndində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə " Yeni il yeni ümidlərin bayramıdır" adlı əyləncəli bayram tədbiri keçirildi. Azərbaycanın Dövlət Himni ilə başlanan tədbirdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə MKS- inin direktoru Nərmin Xəlilova,Oxuculara xidmət şöbəsinin biblioqrafı Gülarə Bədirova, Uşaq şöbəsinin müdiri Sahilə Əliyeva, 9 saylı Mırtı kənd kitabxana filialının müdiri Həqiqət Muradova Dünya Azərbaycanlılarının Həmrəylik günü haqqında məlumat verərək uşaqları yeni il bayramı münasibəti ilə təbrik etdilər. Şaxta Baba və uşaqlar şən və əyləncəli oyunlar, şerlər , rəqslər, viktorinalar və tapmacalarla çıxış etdilər. Viktorinada fərqlənən uşaqlara hədiyyələr təqdim olundu. Nağıl otağında isə Uşaq şöbəsinin baş kitabxanaçısı Kubra Quliyeva uşaqlara Qış nağılını oxudu. Tədbirin sonunda yeni ilə həsr olunmuş sərgiyə baxış keçirildi.