Göyçayda məktəbdə Yeni il şənliyi keçirildi » devlet.info.az
Xəbərlər



Göyçayda məktəbdə Yeni il şənliyi keçirildi
Göyçayda məktəbdə Yeni il şənliyi keçirildi

24 dekabr 2022 ci il tarixində Göyçay rayon Ziya Bünyadov adına 3 saylı tam orta məktəbdə 31 dekabr –Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl bayramı münasibətilə yeni il şənliyi keçirilib.

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Göyçay rayon Ziya Bünyadov adına 3 saylı tam orta məktəbin direktoru İlqar Rüstəmov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Göyçay rayon üzrə sektor müdiri Rauf Məmmədov, “Göyçay” qəzetinin redaktoru Adil Məmmədov, müəllim və şagird kollektivi, valideynlər və digər qonaqlar iştirak ediblər.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə uşaqları təbrik edən Zivər Zeynalova, məktəbin direktoru İlqar Rüstəmov, Rauf Məmmədov və Adil Məmmədov onlara xoşbəxt və uğurlu həyat arzulayıblar.Tədbiri yüksək səviyyədə təşkil etdikləri üçün əziyyəti olan hər kəsə təşəkkürlərini bildiriblər.

Tədbirin bədii hissəsində məktəblərin ifa etdikləri mahnılar və təqdim etdikləri səhnəciklər alqışlarla qarşılanıb.
Göyçayda məktəbdə Yeni il şənliyi keçirildi
Göyçayda məktəbdə Yeni il şənliyi keçirildi
Göyçayda məktəbdə Yeni il şənliyi keçirildi
Göyçayda məktəbdə Yeni il şənliyi keçirildi
Göyçayda məktəbdə Yeni il şənliyi keçirildi
Baxış sayı: 164