Xəbərlər
devlet.info.az » Gündəm » Göyçay rayon Çaxırlı kəndində ağacəkmə aksiyası keçirilib
Göyçay rayon Çaxırlı kəndində ağacəkmə aksiyası keçirilib
28 dekabr 2022-ci il tarixdə Göyçay rayon Çaxırlı kənd ümumi orta məktəbin ərazisində Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə ağacəkmə aksiyası həyata keçirilib.
Ağacəkmə aksiyasında məktəbin müəllim və şagirdləri, rayon İcra Hakimiyyəti başçısının Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin, kənd bələdiyyəsinin və şəhid ailələrinin üzvlərinin iştirakı ilə müxtəlif növ ağaclar əkilmişdir.