Prezident İlham Əliyevin tapşırığı ilə FHN xilasetmə qüvvələri Türkiyəyə yola salınıb » devlet.info.az
Xəbərlər

Prezident İlham Əliyevin tapşırığı ilə FHN xilasetmə qüvvələri Türkiyəyə yola salınıb
Prezident İlham Əliyevin tapşırığı ilə FHN xilasetmə qüvvələri Türkiyəyə yola salınıb

Prezident İlham Əliyevin tapşırığı ilə FHN xilasetmə qüvvələri Türkiyə yola salınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) 370 nəfərlik heyəti Heydər Əliyev Hava Limanından Türkiyəyə gedib.

"FHN-in ilkin olaraq 370 nəfər xilas edicisi xüsusi xilasetmə avadanlıqları ilə, xüsusi təmina növləri ilə bütün növ əalhiddə fəaliyyətlər üçün qardaş ölkəyə ezam olunuruq", - jurnalistlərə açıqlamasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-mayor Etibar İsmayılov deyib.

E.İsmayılov bildirib ki, dağıntı baş vermiş ərazilərdə FHN-in Kinoloji Mərkəzinin təlim görmüş 8 itindən də istifadə olunacaq.

Qeyd edək ki, bu gün Türkiyənin müxtəlif bölgələrində 7.4 bal gücündə zəlzələ olub. İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 284 nəfəri keçib. 2323 nəfər yaralı var.

Baxış sayı: 39