Hatay hava limanı bütün uçuşlara bağlıdır - THY » devlet.info.az
Xəbərlər



Hatay hava limanı bütün uçuşlara bağlıdır - THY
Hatay hava limanı bütün uçuşlara bağlıdır - THY

Hatay hava limanı bütün uçuşlara bağlıdır.

Bu barədə Türk Hava Yollarının mətbuat müşaviri Yəhya Üstün sosial media hesabında bildirib.

O, Kahramanmaraş, Qaziantep, Malatya və Adıyaman hava limanlarının yalnız humanitar yardım və axtarış-xilasetmə qruplarının bölgələrə çatması üçün istifadə edilə biləcəyini bildirib.

“Zəlzələ bölgəsinə çatmaq istəyən vətəndaşlar üçün THY-nin Adana, Elazığ və Diyarbəkir səfərləri fasiləsiz davam edir”, - deyə o əlavə edib.
Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Son məlumatlara görə, zəlzələ nəticəsində 1 541 nəfər həyatını itirib, 9 733 nəfər yaralanıb.
Baxış sayı: 23