Malatyada dörd azərbaycanlı tələbədən xəbər yoxdur - Səfir » devlet.info.az
Xəbərlər



Malatyada dörd azərbaycanlı tələbədən xəbər yoxdur - Səfir
Malatyada dörd azərbaycanlı tələbədən xəbər yoxdur - Səfir

Malatyada dörd azərbaycanlı tələbə barədə xəbər yoxdur.

Bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov AZTV-yə müsahibəsində deyib.

Səfir qeyd edib ki, Türkiyədə ümumilikdə 27 minə yaxın azərbaycanlı təhsil alır. Onların çoxu zəlzələnin baş vermədiyi ərazilərdə təhsil alır.

"Kahramanmaraşda 100 tələbəmiz var. Onlarla əlaqə yaratmışıq, hamısı qaydasındadır. Təəssüflər olsun ki, Malatyada binanın çökməsi nəticəsində orada yaşayan 4 azərbaycanlı tələbə itkin düşüb. Onlardan hələ xəbər ala bilməmişik", - səfir bildirib.
Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Son məlumatlara görə, zəlzələ nəticəsində 1 541 nəfər həyatını itirib, 9 733 nəfər yaralanıb.
Baxış sayı: 25