Xəbərlər
devlet.info.az » Gündəm » Göyçayda Novruz bayramı ilə əlaqədar iməclik keçirildi
Göyçayda Novruz bayramı ilə əlaqədar iməclik keçirildi
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevin tapşırıq və göstərişinə əsasən milli-mənəvi dəyərlərimizi əks etdirən Xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı ilə əlaqədar şəhər və kəndlərdəki Şəhidlər Xiyabanlarında bununla yanaşı kəndlərdəki qəbiristanlıqlarda iməcilik keçirilib.
Göyçay Şəhidlər Xiyabanında rayon sakinlərinin və rayonun Cəyirli, Ərəbcəbirli, Şəhadət, Qaraməryəm, Alxasava və digər kəndlərin inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, bələdiyyə sədrlərinin və kənd sakinlərinin fəal iştirakı ilə kəndlərdə olan Şəhidlər Xiyabanlarında və qəbiristanlıqlarda iməcilik işləri aparılıb.
Qəbirstanlıqlar məişət tullantılarından, plastik qablardan, polietilen torbalardan, daş və digər tullantı parçalarından, kol-kosdan təmizlənib, qurumuş ot örtüyü biçilərək səhmana salınıb, əkilmiş ağaclar əhənglənib, dibləri bellənib.Şəhid məzarlarının üstü silinib təmizlənib.Bununla yanaşı kəndlərdə əkiləcək ağacların yerləri müəyyənləşdirilərək yeni ağaclar əkilib.
Qeyd edək ki, iməclik tədbirləri rayonun prospekt və küçələrində və kəndlərində gün ərzində aparılır. Bu kimi təmizlik və abadlıq işləri, yeni yaşıllıqların salınması rayonun daha da gözəlləşdirilməsinə, əziz Novruz Bayramını xoş əhval-ruhiyyə ilə qarşılanmasına böyük töhfə olacaqdır.
foto və Vİdeo qalereya
XƏBƏR LENTİ
Tədbirlər
Azərbaycanın xalq artisti, bəstəkar Elza İbrahimovanın 85 illik yubleyi qeyd olunub
19-05-2023, 19:45
/
97
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Kitab bayramı keçirildi.
8-05-2023, 17:01
/
85