Xəbərlər
devlet.info.az » Gündəm » Şəhidin doğum günü məzarı önündə qeyd olunub
Şəhidin doğum günü məzarı önündə qeyd olunub
I Qarabağ müharibəsi şəhidi Vahid Nərman oğlu Əsədovun ad günü münasibətilə doğulduğu kənd məktəbində tədbir keçirildi.
Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Sonra tədbir iştirakçıları şəhidin adını daşıyan Hacalı kənd tam orta məktəbində hazırlanan tədbirdə iştirak ediblər.
Tədbirdə Göyçay RİH aparatının Vətən müharibəsi İşçtirakçıları və Şəhidləri ailələri ilə işin təşkili şöbəsinin baş məsləhətçisi Cavidan Yaqubov, Göyçay RİH başçısının Qarabaqqal kənd inzibati dairəsi üzrə nümyindəsi Kamil Qasımov,I Qarabağ müharibəsi şəhidi Eldar Əlisaab oğlu Zeynalovun qardaşı Elburus Zeynalov, Azadsöz.az saytının təsis redaktoru Səbuhi Eltonlu,Dövlət informasiya agentliyinin əməkdaşı Gülşən Muradova, şəhidin ailə üzvləri və Hacalı kənd Vahid Əsədov adına tam orta məktəbin müəlim və şagird kollektivi iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunduqdan sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə şəhidin ailə üzvləri və qonaqlar şəhidin qəhrəmanlığından və vətənpərvərliyindən söz açıblar. Bildirilib ki, müharibəyə yollandığı ilk gündən bir sıra uğurlu əməliyyatlarda fəal iştirak edib.
Sonra məktəbin şagirdlərinin ifasında vətənpərvərlik şeirləri səslənib.
Bu il martın 25-də şəhidin anadan olmasının 65 illik yubileyi qeyd olunacaq.
Qeyd edək ki ,Birinci Qarabağ müharibəsində şəhid olan Əsədov Vahid Nəriman oğlu 25.03.1958-ci ildə Göyçay rayonu Hacalıkənd kəndində anadan olub. O, doğulduğu Hacalıkənd kəndində orta məktəbi bitirdikdən sonra Rusiyaya gedib. Vahid Əsədov Dnepropetrovski şəhərində işləyərkən ermənilərin Xocalı şəhərində törətdiyi soyqırımını eşidərək Azərbaycana qayıdıb və “Qarabağ könüllüləri” dəstəsinə qoşularaq Şuşanın Nəbilər, Laçının Köhnəkənd, Ağdamın Gülablı kəndlərində gedən döyüşlərdə iştirak edib. Düşmənlə döyüşdə yaralanan Vahid yarasının tam sağalmasını gözləmədən yenidən hərbi hissəyə qayıdıb və döyüşlərə qatılıb. O, 1992-ci il avqustun 16-da Ağdamda gedən döyüşlər zamanı düşmənin bir tankını məhv edib və qəhrəmancasına şəhid olub. Vahid Əsədov doğma Hacalıkənd kəndinin qəbristanlığında dəfn edilib.
Şəhidin adı Göyçay rayonu Hacalıkənd kənd tam orta məktəbinə verilib. Vahid Əsədovun xatirəsi həmişə qəlbimizdə yaşayacaq, onu heç vaxt unutmayacayıq.
Allah şəhidlərimizə rəhmət eləsin.
foto və Vİdeo qalereya
XƏBƏR LENTİ
Tədbirlər
Azərbaycanın xalq artisti, bəstəkar Elza İbrahimovanın 85 illik yubleyi qeyd olunub
19-05-2023, 19:45
/
97
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Kitab bayramı keçirildi.
8-05-2023, 17:01
/
85