Göyçayda konteynerlərə qənim kəsilən rayonun bəzi sakinləri » devlet.info.az
Xəbərlər



Göyçayda konteynerlərə qənim kəsilən rayonun bəzi sakinləri
Göyçayda konteynerlərə qənim kəsilən rayonun bəzi   sakinləri

Göyçay  rayon icra hakimiyyəti başçısının  şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi  və  Sanitar-Təmizlik  şöbəsi tərəfindən rayonun  Heydər Əliyev  prospekti daxil olmaqla  bütün küçələrinə  sanitar təmizliyin yaxşılaşdırılması məqsədilə məişət tullantılarının yığılması üçün nəzərdə tutulan  konteynerlər qoyulsa da yenə də  rayonumuzun  bəzi  məsuliyyətsiz   sakinləri tərəfindən  xoşagəlməz mənzərə ilə  rastlaşırıq.

Dəfələrlə  media   və  sosial  şəbəkələr  vasitəsilə   rayonun  təmizliyinə  xələl  gətirən  bəzi  vətəndaşlarımızla  bağlı  çağırışlar  etməyimizə baxmayaraq bildiklərini  etməkdə  davam edirlər.Şəhəri  zibilləməkdən  bezməməklə  yanaşı  indi də məişət tullantılarının yığılması üçün nəzərdə tutulan konteynerlərə  qənim  kəsiliblər. Belə  ki, konteynerlərə  məişət tullantılarını atmaqla yanaşı, həmin konteyneri  yandırmaqla zövq  alıb  özlərini  qocaq hesab edirlər.

Bildirək ki, bir müddət  əvvəl rayonun  Nizami  küçəsində konteynerin yandırılması  ilə  bağlı  xəbər  hazırlamışdıq.Amma, hadisənin  yenidən  təkrarlandığını  gördük. İndi  video vasitəsilə  tanış  olunacağınız  bu  mənzərə  isə gecə  saatlarında  rayonun Heydər Əliyev  prospektində  çəkilib.Qəhrəman  sakinlərimiz   konteyneri  yandıraraq  ətrafı  çirkləndirməklə  digər  sakinlərin  rahatlığın  mane olublar. Məsələ ilə  bağlı  həmin şəxslərə qarşı  müvafiq ölçü götürülməsi üçün  əraziyə  Göyçay rayon polis şöbəsinin əməkdaşları  cəlb olunub.

Məişət tullantılarının yığılması üçün nəzərdə tutulan  konteynerlərə  qənim  kəsilən  rayonun bu  cür  qəhrəmanlarına  bildirmək  istəyirik  ki, yandırdığınız  həmin  konteynerlər  dəmirdən  deyil  sizin  qəhrəmanlığınıza tab gətirsin.Unutmayın ki, sizin  gördüyünüz  bu  əməlləri  çəkmək  Sanitar-Təmizlik  şöbəsinin  vəzifə  borcu  deyil.Onların   səlahiyyətlərinə  rayonu məişət tullantılarından  gündəlik  təmizləmək daxildir.
Göyçayda konteynerlərə qənim kəsilən rayonun bəzi   sakinləri
Göyçayda konteynerlərə qənim kəsilən rayonun bəzi   sakinləri
Göyçayda konteynerlərə qənim kəsilən rayonun bəzi   sakinləri

Baxış sayı: 90