Xəbərlər
devlet.info.az » Gündəm » Sabahın hava proqnozu açıqlanıb
Sabahın hava proqnozu açıqlanıb
Martın 27-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 7-11° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 757 mm civə sütununa enəcək.
Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 6-11° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacaq.
foto və Vİdeo qalereya
XƏBƏR LENTİ
Tədbirlər
Azərbaycanın xalq artisti, bəstəkar Elza İbrahimovanın 85 illik yubleyi qeyd olunub
19-05-2023, 19:45
/
97
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Kitab bayramı keçirildi.
8-05-2023, 17:01
/
84