Bu gün gənclərimiz daha qürurludur: Çünki Qarabağ azaddır! » devlet.info.az
Xəbərlər



Bu gün gənclərimiz daha qürurludur: Çünki Qarabağ azaddır!
Bu gün gənclərimiz daha qürurludur: Çünki Qarabağ azaddır!

Son 17 ildə yetişən gənclər bu torpaqları azad etdilər.

Bu sözləri ölkə Prezidenti İlham Əliyev Azərbaycanın mədəni paytaxtı Şuşaya səfəri zamanı çıxışında bildirmişdi.

Son 17 ildə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində bir çox işlər görülüb. Xüsusən də idman və təhsilin gənclərin tərbiyəsindəki rolu nəzərə alınaraq bu sahələrin inkişafına xüsusi diqqət yetirilib. Artıq Azərbaycanda gənclər siyasəti dövət siyasətinin proritet istiqamətlərindən biridir.

Bu gün - 2 Fevral məhz gənclərin günüdür. Əvvəlki illərdən fərqli olaraq bu il Azərbaycan gəncliyi bu günü bir başqa qürurla qeyd edir. Çünki artıq qalibdirlər, məhz onların igidliyi, qorxmazlığı sayəsində uzun illərdir işğal altında olan torpaqlarımız azad olundu. Azərbaycan gəncliyi idmandakı uğurları ilə beynəlxalq arenalarda qaldırdığı dövlət bayrağını bu dəfə Qarabağımızda qaldırdı...

Məhz buna görə gənclərimizin təlim-tərbiyəsində, vətənpərvərlik ruhunda yetişməsində müstəsna rolu olan tədbirləri xatırlatmaq yerinə düşər.

Bakıda keçirilən Birinci Avropa Oyunları

2015-ci ilin iyun ayında Azərbaycnada keçirilən Birinci Avropa Oyunları idman sahəsində böyük tarixi hadisə oldu. Azərabaycan idmançıları, gənclərimiz bu oyunlarda ciddi uğurlar qazandılar, dəfələrlə himnimizi səsləndirdilər. Ölkəmizi təmsil edən idmançılar 21 qızıl, 15 gümüş və 20 bürünc olmaqla, ümumilikdə, 56 medal qazandılar. Sözügedən yarışlar Azərbaycanın idman sahəsində islahatlarının ən önəmli mərhələsi və inkişafı oldu. Məhz həmin ərəfədə Bakıda, o cümlədən regionlarda yeni idman obyektləri tikildi və bir çox idman zalları əsaslı şəkildə təmir olunaraq gənclərin istifadəsinə verildi.

Birinci Avropa Oyunlarında 10 mindən çox gənc könüllü də fəaliyyət göstərdi. Könüllülər "Bakı 2015" - Birinci Avropa Oyunlarının keçirilməsində əsas rol oynayaraq tarixə yazıldılar. Həmin ildən sonra ölkədə gənc könüllülərin fəaliyyəti daha da aktivləşdi. Yarışlardan sonra onlar ölkədə keçirilən bir çox beynəlxalq layihələrdə iştirak etdilər. Belə demək mümkünsə, bundan sonra Azərbaycanda böyük bir könüllü ordusu yarandı.

Sağlam yetişən gəncdə sağlam ruh və təhsil olmalıdır!

Bu gün Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdən biri də gənc nəslin təhsil səviyyəsinin yüksəldilməsidir. Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ulu öndərimiz Heydər Əliyev hər zaman, istər sovet dövründə, istərsə də 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərib. Hazırda həmin siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbərinin tapşırığı ilə təhsil sahəsində önəmli islahatlar həyata keçirilir.

Son illər ölkəmizdə müasir standartlara tam cavab verən, bir-birindən yaraşıqlı, modern məktəb binaları inşa edilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, pedaqoji işçilərin maddi-məişət şəraitləri yaxşılaşdırılır.

Azərbaycanın son 200 ildə əldə etdiyi uğur Qarabağın azadlığıdır

Nəticə etibarı ilə bu gün işğalda olan Qarabağın düşmən tapdağından azad edilməsində Azərbaycan gənclərinin əvəzsiz rolu oldu. 30 ildir işğal altında olan torpaqları gənc, sağlam, savadlı və vətənpərvər ruhda yetişən gənclər azad etdi. Bu haqq savaşımız bir daha sübut etdi ki, Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış, öz torpağı, vətəni uğrunda qanından keçməyə belə hazır olan gənclər var.

44 günlük Vətən müharibəsində Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir. Yəni, tarixi qələbəmizin əldə edilməsində əsas yükü, əsas vəzifəni məhz cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 17 il ərzində yetişən gənc nəsil yerinə yetirdi.
Baxış sayı: 43