Bakı şəhərində 330 milyon kubmetr çirkab su formalaşıb - Nazirlik » devlet.info.az
Xəbərlər



Bakı şəhərində 330 milyon kubmetr çirkab su formalaşıb - Nazirlik
Bakı şəhərində 330 milyon kubmetr çirkab su formalaşıb - Nazirlik

Bakı şəhərində 330 milyon kubmetr çirkab su formalaşıb.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov deyib. Onun sözlərinə görə, bunun 182 milyon kubmetri bioloji təmizlənmədən, 147 milyon kubmetri mexaniki təmizlənmədən dənizə, göllərə axıdılıb:

"Bu vəziyyət narahatlıq doğurur. Bununla bağlı müəssisələrə məcburi göstərişlər verilir, istehsalat fəaliyyətlərinin dayandırılması üçün lazımi addımlar atılır. Heç bir fiziki və hüquqi şəxsə imkan verilmir ki, sərbəst şəkildə çirkab suyu dənizə axıtsın. Xəzər dənizi boyu 123-dən çox mənbə var ki, dənizi çirkləndirir. Qeyd edim ki, Azərbaycanın su ehtiyatları qanunvericiliklə qorunur".
Baxış sayı: 20