Azərbaycan şairi, tərcüməçi və pedaqoq Mikayıl Müşfiqin doğum günüdür » devlet.info.az
Xəbərlər



Azərbaycan şairi, tərcüməçi və pedaqoq Mikayıl Müşfiqin doğum günüdür
Azərbaycan şairi, tərcüməçi və pedaqoq Mikayıl Müşfiqin doğum günüdür

Azərbaycan şairi, tərcüməçi və pedaqoq Mikayıl Müşfiqin doğum günüdür. Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 5 iyun 1908-ci ildə Bakıda dünyaya göz açıb. Atası “Səadət” məktəbində müəllimlik edib, şeirlər yazıb. Müslüm Maqomayevin “Şah İsmayıl” operasına librettonun da müəllifi odur. Erkən yaşlarından valideynlərini itirən Mikayıl qohumlarının himayəsində böyüyüb. Bakıda Müəllimlər Seminariyasında və Ali Pedaqoji İnstitutda təhsil alıb. Məktəbdə ədəbiyyat fənnindən dərs deyib, tərcümə ilə də məşğul olub. Milli ruhda qələmə aldığı əsərlərində Azərbaycanın təbii gözəllikləri oxunaqlı dillə tərənnüm edilib. Poemalarında dövrünün təzadlı xüsusiyyətlərini ustalıqla göstərə bilib. Yazıçıların plenumunda əksinqilabçı damğası vurulduqdan sonra 1937-ci il iyunun 4-də evində həbs olunub. Əksinqilabi milli təşkilatın üzvü və sovet hakimiyyətinə qarşı silahlı üsyana hazırlıqdan xəbərdar olmaqda ittiham edilib. 1938-ci il yanvarın 5-də keçirilən 20 dəqiqəlik məhkəmə prosesində Mikayıl Müşfiq barəsində güllələnmə qərarı verilib və yanvarın 6-da hökm icra olunub. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası ona bəraət verib.
Baxış sayı: 8