"AnadoluJet" Antalya-Bakı-Antalya marşrutu üzrə reyslərə başlayır » devlet.info.az
Xəbərlər



"AnadoluJet" Antalya-Bakı-Antalya marşrutu üzrə reyslərə başlayır
"AnadoluJet" Antalya-Bakı-Antalya marşrutu üzrə reyslərə başlayır

"Türk Hava Yolları" aviaşirkətinin törəmə müəssisəsi "Anadolujet" büdcə aviaşirkəti iyunun 20-dən başlayaraq Antalya-Bakı-Antalya marşrutu üzrə çarter reysləri həyata keçirəcək.

"Anadolujet" beynəlxalq uçuşlar şəbəkəsini böyüdür.

Qeyd edək ki, iyunun 20-dən etibarən Antalya və Bakı arasında reyslər həftənin çərşəmbə axşamı və bazar günləri baş tutacaq.

Sərnişinlər 31 mart 2022-ci ilə qədər əldə edilən biletləri hər hansı bir cərimə tətbiq olunmadan dəyişmək hüququ əldə edir.
Baxış sayı: 6