Azərbaycanda taxıl sahələrinin 11,4 faizində biçin başa çatıb - Nazirlik » devlet.info.az
Xəbərlər



Azərbaycanda taxıl sahələrinin 11,4 faizində biçin başa çatıb - Nazirlik
Azərbaycanda taxıl sahələrinin 11,4 faizində biçin başa çatıb - Nazirlik

Azərbaycanda taxıl sahələrinin 11,4 faizində biçin başa çatıb.

Bunu açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

O bildirib ki, ümumilikdə 115 min 512 hektar sahədə biçin aparılıb, sahələrdən 337 600 ton məhsul yığılıb: "Hazırda taxıl üzrə məhsuldarlıq hər hektara orta hesabla 29,2 sentner təşkil edir. ki, bu göstərici əsasən arpa biçininin nəticələrinə əsasən formalaşıb. Hazırda buğda biçini yalnız Şamaxı, Cəlilabad və Göyçayda kiçik sahələrdə aparılır. Ümumilikdə bugünədək 2520 hektar sahədə buğda biçilib. 112992 hektar sahədə isə arpa biçini başa çatıb. Arpa üzrə orta məhsuldarlıq 29,4 sentnerdir, biçinin miqyası genişləndikcə bu rəqəm də artacaq. Arpa biçininin respublika üzrə optimal müddətdə başa çatacağını gözləyirik. İyunun ikinci ongünlüyündə artıq Aran rayonlarında kütləvi buğda biçininə də başlanacaq”.

Vüqar Hüseynov bildirib ki, Biləsuvar rayonunda bu il 34845 hektar sahədə payızlıq əkin aparılıb: “Bu sahələrin 21000 hektarı arpa əkinləridir. Artıq rayon üzrə arpa sahələrinin 10900 hektarında biçin başa çatıb. Orta məhsuldarlıq 30,8 sentnerdir, biçin davam etdikcə bu göstərici yüksələcək”.

Biləsuvar rayonunda biçin prosesinə 81 kombayn cəlb olunub. Bunlardan 35-i “Aqrosevis” ASC-nin, 46-sı isə fiziki və hüquqi şəxslərə aid olan kombaynlardır.

Biçin prosesi davam edir.
Baxış sayı: 7