Çində kimyəvi maddənin sızması nəticəsində 8 nəfər ölüb » devlet.info.az
Xəbərlər



Çində kimyəvi maddənin sızması nəticəsində 8 nəfər ölüb
Çində kimyəvi maddənin sızması nəticəsində 8 nəfər ölüb

Çinin cənubundakı Quyan şəhərində kimya şirkətində metilformiat maddəsinin sızması nəticəsində azı 8 nəfər həlak olub, daha üç nəfər xəsarət alıb.

Sızma həmin maddənin nəqliyyat vasitəsindən boşaldılması zamanı baş verib.

Qeyd olunur ki, işçilərdən biri huşunu itirəndən sonra həyəcan siqnalı verilib.

Müəssisə yaxınlığında sızmanın fəsadlarının aradan qaldırılması üzrə işlər aparılır.
Baxış sayı: 11