İlon Maskın sərvəti 10 milyard dollara yaxın artıb » devlet.info.az
Xəbərlər



İlon Maskın sərvəti 10 milyard dollara yaxın artıb
İlon Maskın sərvəti 10 milyard dollara yaxın artıb

İlon Maskın sərvəti 9,9 milyard dollar artıb.
"Forbes"in hesablamalarına görə, İ.Maskın sərvəti "Tesla" şirkətinin səhmlərinin bahalaşması səbəbindən yüksəlib.

Şirkətin səhmlərinin dəyəri 7,8 faiz yüksəlib. Beləliklə, İ.Maskın sərvəti 165,9 milyard dollara çatıb. "Tesla"nın səhmlərinin bahalaşmasına səbəb kimi isə "Ağ Ev" administrasiyası ilə demokrat və respublikaçı senatorların bir qrupunun 1,2 trilyon dollarlıq infrastruktur paketi barədə razılığa gəlməsi göstərilir.

Qeyd edək ki, İlon Mask hələ də "Forbes"in milyarderləri siyahısında üçüncü pillədədir.
Baxış sayı: 16