Aznar şirkəti və rəhbərliyinə qarşı qarayaxma kampaniyası davam edir » devlet.info.az
Xəbərlər



Aznar şirkəti və rəhbərliyinə qarşı qarayaxma kampaniyası davam edir
Aznar şirkəti və rəhbərliyinə qarşı qarayaxma kampaniyası davam edir

Mən bu günlərdə Aznar QSC-in rəhbərliyi əleyhinə çirkin təbliğat, yəni qarayaxma kampaniyası aparan bəzi dırnaq arası jurnalist adına ləkə gətirən 5,10 manatlıq bir sayt açaraq, sayt vəsiqəsi gəzdirən, məsuliyyətsiz, qərəzli, vicdansız, realıqdan uzaq, faktlara söykənmədən, jurnalist araşdırması aparmadan, qarşı tərəfin mövqeyin bilmədən, yalnız maddiyatı rəhbər tutaraq, böhtan, şər, yalan, cəfəngiat yazaraq paylaşan xəbər portalı rəhbərlərinə bu yazımla xəbərdarlıq etmək istəyirəm.
Nar şirəsi şirkətinin tarixi ötən əsrin 60-cı illərindən başlanır. Həmin illərdə Azərbaycan SSR-in Göyçay rayonunda rayonlararası tədarük kontorunun bazasında konservləşdirilmiş tomat və alma şirələri istehsalı üzrə zavod yaradılmışdır. Zavodun banisi və ilk direktoru Teymur Əhmədov olub.
Zavod ilk fəaliyyətinə ənənəvi alma və pomidor şirələrinin istehsalından başlasa da məhz T. Əhmədov 1969-cu ildə xammal qismində nar və heyvadan istifadə etməyi təklif edib.
1978 ci ildə Göyçay zavodunun nar şirəsi Erfrut-78 (Almaniya) və Plovdiv-86 (Bolqarıstan) beynəlxalq sərgilərdə 2 qızıl medala layiq görülür, bu isə xaricdə onun məhsullarının keyfiyyətinin tanıdığına dəlalət edir. Zavodun məhsulları 1984 cü ildə artıq bütün Sovet İttifaqında şöhrət tapır və ucsuz-bucaqsız ölkənin bütün respublikalarına ixrac edilir, eyni zamanda onun məhsullarının yeni-yeni xarici ölkələrə ixrac edilir. 1990-2000 ci ilərdə SSRİ-nin dağılması, sonrakı ümumi iqtisadi böhran və istehsalın azalması Göyçay zavoduna da toxunur. Lakin 2006-cı ildə tanınmış siyasətçi və iş adamı Teymur Fərəc oğlu Əhmədovun oğlu Fərhad Teymur oğlu Əhmədov ailəsinin gözəl ənənəsini davam etdirir, AZNAR zavodunun şərəfli adını onun özünə qaytarmaq, istehsal etdiyi məhsullarının populyarlığını bərpa etmək məqsədilə zavodu satın alır. 2006 cı ildə O, zavodu bərpa etməklə yanaşı, həm də baxımsız qalmış və qırılmış bağların yerində yeni nar bağlarının salınmasına dair qərar qəbul edir. Fərhad Teymur oğlu Əhmədovun rəhbərliyi ilə istehsalat sahəsinin bərpasına dair investisiya proqramı işlənib hazırlanır, onun çərçivəsində zavodun istehsal gücü yenilənir, istehsal proseslərinin tam avtomatlaşdırılması həyata keçirilir, xammal yığımından məhsulun qablaşdırılmasına qədər istehsalın bütün mərhələlərində müasir keyfiyyətə nəzarət sistemi tətbiq edilir.
Bu qərar təkcə Azərbaycana deyil, şirəsi ölkəmizin hüdudlarından uzaqlarda yaşayan bütün nar pərəstişkarlarına əsl hədiyyə olmuşdur, çünki məhz bu əlamətdar hadisə Grante adlı yeni brendi həyata gətirdi. "Grante" - Grant ingilis sözündən götürülüb, "hədiyyə" deməkdir.
2008 ci ildə zavod öz məhsullarının ixrac coğrafiyasını genişləndirərək sürətlə inkişaf edir. 2008-ci ildə Rusiyada Grante nar şirəsi "Bioloji Cəhətdən təhlükəsiz məhsul" sertifikatını alıb. 2009 cu ildə Grante Nar şirəsi bir sıra mötəbər beynəlxalq müsabiqələrdə çoxsaylı mükafatlar toplayır: "Qida məhsulları ekspozisiyası (Продэкспо) - 2009" 16-cı beynəlxalq qida məhsulları, içkilər və onların istehsalı üçün xammal sərgisində 3 qızıl medal, "Bütün qida aləmi/world Food Moscow 2009" "İlin məhsulu - 2009" 18-ci beynəlxalq qida və içki məhsulları sərgisinin dequstasiya müsabiqəsində Qran-pri, "Ən gözəl məhsul - 2009" beynəlxalq müsabiqəsində qızıl medal, "Продэкспо innovasiya məhsulu - 2009" müsabiqəsində "Məhsulun tərkibində innovasiya" qızıl medalı, yüksək istehlak xassələrinə görə birinci dərəcəli diplom və "keyfiyyətə görə" qızıl medala sahib görülüb. 2010 cu il Grante markası məhsulun keyfiyyəti və innovasiyalılığına görə çoxlu mükafat almağa davam edir: Alma şirəsi "ПРОДЭКСПО-2010" 17-ci beynəlxalq qida məhsulları, içkilər və onların istehsalı üçün xammal sərgisinin "Ən yaxşı məhsul" beynəlxalq müsabiqəsinin laureatı olur, QRAN-PRİ alır.
Heyva şirəsi WORLDFOOD Moscow sərgisi çərçivəsində "İLİN MƏHSULU 2010" beynəlxalq peşəkar qida və içki məhsulları müsabiqəsinin laureatı kimi QRAN-PRİ alır.
Brend Grante öz çeşidini genişləndirir. İndi istehlakçılar ağ və qırmızı üzüm şirəsi, həmçinin nar-üzüm və alma-üzüm qarışığı içmək imkanı qazanırlar. 2011 ci ildə Zavod Azərbaycandan başlanan istehsal coğrafiyasını üç müxtəlif saat qurşaqlarında yerləşən ölkələrə qədər genişləndirir və Grante məhsul brendinin tərkibinə yeni meyvə-giləmeyvə nektar və şirələr cərgəsini daxil edir. Malın keyfiyyətinə əvvəlki kimi ciddi nəzarət edilir, istehsal məhsulları isə sağlamlıq üçün ekoloji cəhətdən təhlükəsiz olan şüşələrdə qablaşdırılır. 2013 cu ildə Grante şirələri bütün dünyada təmsil olunur: məmulat Rusiya Federasiyası, Macarıstan, Çexiya, Belarus, Polşa, ABŞ, Kanada, İsrail, Avstraliya və Yeni Zelandiya kimi ölkələrdə satılır.
20-ci beynəlxalq "ПРОДЭКСПО - 2013" qida məhsulları, içkilər və onların istehsalı üçün xammal sərgisində Grante nar şirəsi beynəlxalq "Ən gözəl məhsul - 2013" müsabiqəsinin laureatı olur, gümüş medalla təltif edilir.
2014 cü ildə Grante birbaşa sıxılan 100% şirələr cərgəsi gilənar şirəsi kimi yeni dadla zənginləşir, Grante brendinin flaqmanı olan nar şirəsi isə l-lik yeni rahat Tetrapack qablarında qablaşdırılır.
Bu il həmçinin AZNAR zavodunda texnoloji sıçrayış baş vermişdir. AZNAR bu gün ən qabaqcıl üsul olan karbon oksidindən istifadə etməklə nar toxumundan yağ istehsalına ilə başlamışdır. COD karbon qazı toxumlardan yağlı maddələri udmaq lipofil maddələri həll etmək qabiliyyətinə malikdir. CO2 yağı özünə çəkdikdən sonra təzyiqin azaldılması zamanı həlledicini qabiliyyətini itirir, nəticədə gözlənilən materialı (yağlı maddə) ayrılır. Təzyiq altında yenidən maye halına düşən CO2 təkrar istifadə oluna bilər. Bu nəticənin əldə olunması üçün AZNAR zavodunda ən müasir avadanlıq quraşdırılıb və yağların çıxarılması prosesinə tamamilə avtomatlaşdırılmış nəzarət təmin olunub. Bu üsulla istehsal edilən təbii keyfiyyətli, yüksək dərəcəli yağ sinfinə aid edilir, bu yağ və kocmetoloji, estetik məqsədlər üçün istifadə edilir. Ondan həm də tibbi məqsədlərlə - xərçəng xəstəlikləri ilə mübarizədə istifadə edirlər.
2015 ci ildə zavodun məhsullarını ABŞ, Yeni Zelandiya, Kanada və s. kimi beynəlxalq bazarların inkişafına yönəltmək məqsədi qoyaraq, dekabr ayında biz San-Fransisko şəhərində keçirilən Winter Fancy Food Show - 2015 sərgisində iştirak etdik. Winter Fancy Food Show sərgisi Amerika qitəsinin qərb sahilində yemək və içkilər üzrə ixtisaslaşmış ən iri sərgidir. ABŞ və dünyanın 35 ölkəsindən 1 300-dən çox iştirakçı Fancy Winter Food Show 2015 sərgisində qida və içki məhsulları sahəsində ən son nailiyyətlərini təqdim edirdi. Apreldə bizim üçün dalbadal iki əhəmiyyətli hadisə baş verdi. Biz ilk dəfə CANADA SIAL Beynəlxalq sərginin iştirakçısı olduq. Biz 10000 nəfərdən çox insanın ziyarət etdiyi müasir Direct Energy Centre sərgi kompleksində Kanada istehlakçısına təbii GRANTE şirə və nektarlarını təqdim etdik. Sərgidə iştirakımız bütün arzularımızı üstələdi! 2015-ci ilin aprel ayında "Aznar" şirkəti və Grante nar şirəsi "Specialty Food Association" (www.specialtyfood.com) Amerika milli assosiasiyasının üzvlüyünə qəbul olundu. Bu da Grante məmulatının yüksək keyfiyyətinin sübutu!
2016 cı ildə birbaşa sıxılmış Grante şirələrinin populyarlığına məhsulların yüksək keyfiyyətinin qorunub saxlanılması və bütün bazarlarda aparılan marketinq fəaliyyəti ilə birlikdə zavodun yüksək ixtisaslı mütəxəssislərinin yeni növlərin inkişafına göstərdikləri gündəlik səyləri səbəb olub. Biz birbaşa sıxılmış Grante şirələrinin sırasına əlavə edilməsi üçün yeni dadlar hazırlayırıq, lakin istehlakçılar bu barədə gələn il öyrənəcəklər. Payızda biz bazara TM Granat adı altında yeni məhsul seriyası çıxarmışıq. Granat brendinin püre və şirəsinin tərkibində olan meyvə-tərəvəz-giləmeyvə nektarları ən tələbkar müştərilərin belə zövqünə cavab verə bilər. Bizim nektarların fərqləndirici xüsusiyyəti əsl təbii dadın qorunub saxlanması ilə məhsulun tərkibində təbii qidaların səviyyəsinin və vitaminlərin yüksək olmasıdır. Dadlar: nar, portağal, üzüm, heyva, albalı, alma, feyxoa və armud. Sərgilərdə iştirak hələ də yeni distribyutor və müştərilər tapmaq üçün mühüm marketinq vasitəsidir. İl tədbirlərlə zəngin bir il oldu və biz SIAL Paris (Paris, noyabr), TAIWAN FOOD & CHAIN ​​STORE SHOW (Tayvan, noyabr), SIAL China (Çin, may), Food & Drink Expo 2016 (Böyük Britaniya, aprel), ProdExpo (Moskva, fevral) sərgilərinin iştirakçısı olduq. Payızda biz Göyçayda nar yığımının sonuna planlaşdırılmış böyük Nar bayramı keçirdik. Göyçayda keçirilən Nar bayramını qeyd etmək üçün yalnız turislər deyil, çoxlu yüksək vəzifəli qonaqlar – dövlət orqanlarının işçiləri, diplomatik korpuslar, eləcə də qonşu regionlardan nümayəndələr toplaşmışdı. Grante nar şirəsi ProdEkpo Komissiyasının yekdil qərarı ilə Qran-pri müsabiqəsinin ən yüksək mükafatına layiq görülüb. Cari mükafat – brendin müasir tarixində ilk deyil. 2013-cü ildə Grante şirəsi Qran-Pri ilə təltif edilib və bu gün bu mükafat bir daha bu "ilahi içki"nin davamlı yüksək keyfiyyətini təsdiqləyir. Təəccübli deyil ki, nar mükafatı laureatı paytaxtın supermarketlərinin rəflərində yatıb qalmır. Yeni Grante - feyxoadan hazırlanmış "yüngül" kompot dequstasiya komissiyasının qərarı ilə "2016-cı ilin İnnovativ Məhsulu" mükafatına layiq görülüb.
2017 ci ilin başlanğıcı və saysız-hesabsız tədbirlər! Biz Grante təzə sıxılmış meyvə şirələrinin sırasını yeniliklərlə - birbaşa sıxılmış armud şirəsi və ilk dəfə tərəvəz şirəsi assortimentinin–birbaşa sıxılmış çuğundur-alma şirəsinin təqdimatı ilə genişləndirdik. Biz yeni məhsulları PRODEXPO sərgisində (fevral, Moskva) təqdim etmişik. Həmin ayda biz Gulfood - görünməmiş ziyarətçi sayına malik olan dünya və Fars Körfəzi regionunun ən böyük, Yaxın Şərq və dünyanın ən nüfuzlu illik qida və içki sənayesi sərgisində iştirak edərək, mart ayında ilk dəfə olaraq grantemobil-Grante rəmzləri üzərində əks olunmuş avtomobil Azərbaycan, Rusiya və Avropa yollarına çıxdı. Sağlamlıq hər evdə! Aprel ayında Grante-nin yeni bir seriyasını buraxmağa hazırlaşdıq. Bu ciddi qorunan sirr olsa da, lakin tezliklə siz bu yeniliyin şahidi olacaqsınız. Zavodun yarandığı gündən fəaliyyəti, əldə etdiyi uğurlar barədə qəsa olaraq məlumat verməkdə məqsədimiz azda olsa Aznar haqqında təsəvür yaratmaqdır.

Aznar şirkəti və rəhbərliyinə qarşı qarayaxma kampaniyası davam edir

Əziz oxucularımız adı dillər əzbəri olan, əslən Azərbaycandan olan rus iş adamı və siyasi xadim, mesenat və filantropd Fərhad Əhmədov. 15 sentyabr 1955-ci ildə Azərbaycan SSR, Bakı şəhərində anadan olub. Kökləri tarixi Azərbaycanın Qərb (Zəngəzur) regionuna gedib çıxan qədim nəsildəndir. Uşaqlığı Azərbaycanın mərkəzi regionunda yerləşən, atasının işlədiyi Göyçay şəhərində keçib. Şəhər 2 saylı orta məktəbi bitirib (1961–1971-ci illər). Fərhad Əhmədovun atası – Teymur Fərəc oğlu Əhmədov uzun illər ərzində rəhbər vəzifələrdə işləmişdir. Son vəzifəsi tikintisinə rəhbərlik etdiyi Göyçay Konserv zavodunun direktoru vəzifəsi olmuşdur. 1969-cu ildə zavodun ilk direktoru olmuşdur. Teymur Əhmədov 1971-ci ildə sosialist əmlakının talanması üzrə saxta ittihamla həbs olunmuş və ən yüksək cəza tədbirinə – güllələnməyə məhkum olunmuşdur. Hökm 1973-cü ildə icra olunmuşdur (dəfn olunduğu yer 2012-ci ildə tapılıb).
T. Əhmədovun həbsi onun bütün ailə üzvlərinin faktiki təcridinə və onların vətəndaş hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Bu səbəbdən F. Əhmədov 1971-ci ildə on beş yaşında Azərbaycanı tərk etmiş və Moskvaya köçmüşdür. Öz xatirələrinə görə Bakıdan gedərkən onun cəmi 48 rubl pulu və minimal rus dili biliyi var idi. O, Moskvada 85 nömrəli texniki-peşə məktəbinə (çilingər-montajçı) daxil olur və məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılır (1975–1977-ci illər, HDD, baş serjant, vzvod komandiri). Xidməti başa vurduqdan sonra o, komandanlığın tövsiyəsi ilə sənədlərini Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna (MDBMİ) verir, lakin atasının məhkumluğu səbəbindən qəbul komissiyası tərəfindən qəbul imtahanlarına buraxılmır. 1978-ci ildə F. Əhmədov K. İ. Skryabin adına Moskva Baytarlıq Akademiyasına daxil olur və oranı 1983-cü ildə "Xəz məmulatlarının texnologiyası və əmtəəşünaslığı" ixtisası üzrə qiyabi bitirir. 1986–1994-cü illərdə Londonda yaşamışdır. İlk mərhələdə beynəlxalq bazarlarda xəz satışı ilə məşğul olur. Sonralar SSRİ-nin neft-qaz sənayesi üçün avadanlığın təchizatı, neft və neft məhsullarının satışı üzrə ixtisaslaşan Tansley Trading şirkətini yaradır və ona rəhbərlik edir. 1980–1990-cı illərdə Xəzər dənizi hövzəsində dərin sularda neft-qaz yataqlarının işlənməsi üzrə beynəlxalq layihələrdə bilavasitə iştirak etmişdir. Öncədən qurduğu əlaqələrdən istifadə edərək layihəyə Amerikanın Amoco Eurasia Petroleum Corporation və McDermott International neft şirkətlərinin cəlb edilməsinə şərait yaratmışdır. Əsas sənədlərin işlənib hazırlanmasında iştirak edərək "Əsrin müqaviləsinin" – müstəqil Azərbaycanla neft şirkətlərinin beynəlxalq konsorsiumu arasında Xəzərin enerji ehtiyatlarının işlənməsi haqqında sazişin (20.09.1994-cü ildə Bakıda imzalanıb) reallaşdırılmasına əhəmiyyətli töhfəsini vermişdir. Həmin müqavilə Azərbaycanın indiki səviyyəsinin və rifahının əsasını qoymuşdur. F. Əhmədovun xatirələrinə görə, hələ SSRİ-nin dağılmasından əvvəl başlamış danışıqlar çoxsaylı siyasi, təşkilati və texniki xarakterli maneələrlə üzləşirdi, lakin artıq müstəqil Azərbaycanda və ilk öncə Natiq Əliyev və Xoşbəxt Yusifzadənin (sonradan Azərbaycan Dövlət Neft Şirkətinin rəhbərləri) daxil olduğu komandanın müntəzəm işi sayəsində müvəffəqiyyətlə başa çatdırıldı. 1995-ci ildən başlayaraq F. Əhmədov diqqətini Rusiyada biznesə yönəldir və Şimali Sibirdə qaz yataqlarını işləyən "Nortqaz" şirkətinə minoritar səhmdar kimi daxil olur; eyni zamanda FARCO Securities investisiya şirkətinin Direktorlar şurasına rəhbərlik edir (1995–1998-ci illər) və "Nortqaz" Qapalı Səhmdar Cəmiyyətinin Direktorlar şurasına daxil olur (1994–2001-ci illər). 2002-ci ildə "Nortqaz" QSC-nin Direktorlar şurasına rəhbərlik edir. Qısa müddət ərzində şirkəti zərərli vəziyyətdən sabit mənfəətə gətirib çıxarır. 2005-ci ildə Rusiyanın qaz inhisarçısı "Qazprom"un təzyiqi altında "Nortqaz"ın səhmlərinin 51%-ni ona güzəştə gedir. 2012-ci ildə Əhmədov ona məxsus 49% səhmləri 1,375 mlrd. dollara "Novatek" şirkətinə satır və neft-qaz treyderi statusunu xüsusi investor statusuna dəyişir. Sahibkarlıq fəaliyyətinə paralel olaraq İ. M. Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin qiyabi aspiranturasını bitirmiş, iqtisad elmləri namizədi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. Beynəlxalq Texnoloji Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
F. Əhmədov on ildən artıq müddətdir ki, Forbes jurnalının Rusiya versiyasına görə dəyişməz olaraq Rusiyanın 200 ən zəngin adamı reytinqinə daxildir. 2019-cu ilə olan vəziyyətə görə Rusiyanın ən zəngin şəxslərinin reytinqində 67-ci yeri tuturdu (şəxsi var-dövləti 1,4 mlrd. dollar təşkil edir). Forbes-in ümumdünya versiyasına görə milyarderlərin siyahısında 2141-ci yeri tutur. F. Əhmədov var-dövlətinin qanuniliyini asanlıqla sübuta yetirə bilən Rusiyalı milyarderlərin kiçik çevrəsinə daxildir. O, heç vaxt "girov hərraclarında" iştirak etməyib və dövlətin büdcə subsidiyalarından istifadə etməyən bir neçə iri Rusiya biznesmenindən biridir. Forbes dosyesində Əhmədov self-made man ("uğuruna görə özünə borclu olan şəxs") kimi qeyd olunub.
Biznesmenin siyasi fəaliyyəti barədə məlumatlar genişdir. 2004-cü ildə F. Əhmədov RF Federasiya Şurasında Krasnodar diyarının Administrasiyasının nümayəndəsi təyin olunmuşdur (2007-ci ilə qədər). Rusiya Federasiyasının qanunverici hakimiyyətinin ali palatasında təmsil olunan birinci və hal hazıradək yeganə etnik azərbaycanlıdır.
Regionun siyasi və iqtisadi həyatında fəal iştirak edib. Krasnodar diyarında müasir turizm klasterinin inkişafının əsasını qoymuş, diyarın investisiya baxımından cəlbedici region kimi inkişafına imkan yaratmışdır. 2007-ci ildə Federasiya Şurasında Nenets Muxtar Dairəsinin Deputatlar yığıncağının nümayəndəsi təyin olunmuşdur (2009-cu ilədək). FŞ-də işlədiyi dövrdə Hüquqi məsələlər üzrə komitənin üzvü kimi Rusiya Federasiyasının bir sıra qanunvericilik aktlarının işlənib hazırlanmasında və qəbul olunmasımnda iştirak etmişdir. 2007–2010-cu illər ərzində Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Rusiya nümayəndə heyətinin işində fəal iştirak etmiş, Azərbaycanda da daxil olmaqla, dəfələrlə seçkilərdə beynəlxalq müşahidəçi olmuşdur. Həmin dövrdə geniş beynəlxalq əlaqələr və münasibətlər qurmuş və onların sayəsində 2015-ci ildə kəskinləşmiş Türkiyə-Rusiya münasibətlərinin normallaşdırılmasına həlledici töhfəsini vermiş – Türkiyə Prezidenti ilə şəxsi görüşündə fikir ayrılıqlarının hər iki tərəfi qane edən yeganə mümkün tənzimləmə variantını təklif etmişdir (bu fakt sonradan Türkiyənin xarici işlər naziri M.Çavuşoğlu tərəfindən elan edilmişdir). 2018-ci ilin yanvar ayında F. Əhmədov digərləri ilə yanaşı "Kreml məruzəsinə" — ABŞ Maliyyə Nazirliyi tərəfindən "ABŞ əleyhdarları ilə sanksiyalar vasitəsilə mübarizə haqqında" (CAATSA) qanununa uyğun olaraq, Amerika Konqresinə təqdim olunmuş sənədə daxil edilmişdir. ABŞ qanunvericiliyi baxımından sənədə daxil edilmə onda sadalanan şəxslər üçün hüquqi nəticələri nəzərdə tutmur. 2006-cı ildə F. Əhmədov ilk direktoru atası olan Göyçay Konserv zavodunu almış və əhəmiyyətli investisiyalardan sonra onun fəaliyyətini bərpa etmişdir. 2009-cu ildən etibarən Teymur Əhmədov adına "AZNAR" Qapalı Səhmdar Cəmiyyətinin Direktorlar şurasının sədri və səhmdarıdır. Təkcə ilkin mərhələdə layihəyə 55 mln. dollar investisiya qoymuşdur, bu da həm bazara çıxarılan, həm də ixrac olunan (o cümlədən, ABŞ, Avropa, Yaponiya, Çin, Yeni Zelandiyaya) yüksək keyfiyyətli məhsulların (ilk öncə nar şirəsinin) buraxılışına başlamağa və Azərbaycanın Göyçay və İsmayıllı rayonlarında yüzlərlə iş yeri yaratmağa imkan vermişdir. Son illər ərzində qida sənayesinin maliyyələşdirilməsindən əlavə, F. Əhmədov kənd təsərrüfatının, o cümlədən balıqçılıq, heyvandarlıq, arıçılıq, üzümçülüyün inkişafına xeyli sərmayə qoymuş, özünə məxsus üzüm bağlarının üzümündən yüksək keyfiyyətli çaxırın istehsalını təşkil etmişdir. Digər iri miqyaslı layihələrə xüsusilə otel və tibb sektoruna sərmayə qoymuşdur. 2020-ci ilə olan vəziyyətə görə iş adamının Azərbaycandakı layihələrə qoyduğu maliyyə vəsaitlərinin ümumi həcmi 200 mln. dollardan artıqdır. Fərhad Əhmədov ictimai fəallığı ilə də gündəmdədir. Tez-tez kütləvi informasiya vasitələrində, həmçinin Facebookdakı səhifəsində, "Exo Moskvı" portalında (şəxsi bloqunun olduğu portalda), Rusiya, Azərbaycan, bir sıra digər dövlətlərin müxtəlif KİV-də geniş spektrli ciddi problemlər, o cümlədən aşağıdakı məsələlər üzrə çıxışlar edir:
Qlobal siyasət və iqtisadiyyat.
Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanda islahatlar.
Azərbaycanda daxili siyasət və islahatlar.
Rusiya-Türkiyə münasibətləri.
Çox vaxt müraciət və ya açıq məktub janrından istifadə edir. Nəşrləri açıq və kəskin polemik üslubu ilə xarakterizə olunur və ziddiyyətli rəylərə səbəb olur. Xüsusilə 2016-cı ilin avqustunda dərc olunmuş "Dünyaya şans verin! (Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi haqqında) adlı məqalə-müraciəti və "Müxalifətin faydası haqqında" essesi (2019-cu ilin dekabrı, Azərbaycandakı növbəti parlament seçkiləri haqqında) mübahisəyə səbəb olmuşdur. Bu və digər nəşrlərində Əhmədov Azərbaycanın Prezidenti İlham Əliyevin siyasətini, xüsusilə də onun 21-ci əsrin çağırışları qarşısında cəmiyyətin və dövlətin yenidən qurulması kursunu tam dəstəklədiyini bəyan edir.
15 sentyabr 2020-ci il tarixdə Azərbaycanın Prezidenti İlham Əliyev Fərhad Teymur oğlu Əhmədovun Azərbaycanla Rusiya arasında qarşılıqlı əlaqələrin inkişafındakı xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif olunması haqqında fərman imzalamışdır. F. Əhmədovun şəxsiyyəti, onun siyasi esseləri və boşanma prosesinin gözlənilməz dəyişiklikləri siyasiləşdirilmiş qəzetlərdən və "sarı mətbuatın" tabloidlərindən tutmuş Forbes səviyyəli ciddi sahə nəşrlərinədək bütün KİV-in daim diqqət mərkəzindədir.
Qarşılıqsız xeyriyyəçiliklə məhşur olan F. Əhmədovun həyat fəlsəfəsinin prinsipial təməllərindən biridir. O, "AZNAR" və digər təşkilatlar vasitəsilə mütəmadi olaraq məktəblərə, uşaq təşkilatlarına, tibb müəssisələrinə, tələbələrə, əlillərə və veteranlara maddi yardım göstərir. İş adamı dəfələrlə Azərbaycan rəssamlarının əsərlərinin xaricdə – London, Venesiya və Parisdə sərgilərini təşkil edib. Uzun illərdir ki, Əhmədovun xeyriyyəçiliyinin adresatı onun kiçik Vətəni — Azərbaycanın Göyçay rayonudur. O, burada müxtəlif idman tədbirlərinə və festivallara sponsorluq edir. F. Əhmədov "Nar festivalının" – artıq 15 ildir ki, noyabr ayının ilk ongünlüyündə Göyçay rayonunda keçirilən və ildən ilə artan ümummilli və beynəlxalq marağa səbəb olan mədəni-kütləvi tədbirin təşəbbüskarı və əsas sponsorudur. 2020-ci ilin mart ayında, koronavirus pandemiyasının qızğın çağında Azərbaycanın Prezidenti İlham Əliyevin çağırışına cavab verərək, rəhbərlik etdiyi "AZNAR" QSC-nin adından Koronavirusla mübarizə fonduna 1 mln. manat vəsait köçürmüşdür. O, həmçinin Göyçay rayonunda 1600 ailəyə maliyyə və ərzaq dəstəyi göstərmişdir.
Aznar şirkəti və rəhbərliyinə qarşı qarayaxma kampaniyası davam edir

İkinci Qarabağ Müharibəsi dövründə (2020-ci ilin sentyabr-noyabr ayları) F. Əhmədovun rəhbərlik etdiyi "AZNAR" QSC Azərbaycan Silahlı Qüvvələrinə əvəzsiz yardım şəklində 1 mln. manat dəyərində dərman, geyim, ərzaq məhsulları və digər ilkin tələbat əşyaları göndərmişdir. Müharibə başa çatdıqdan sonra F. Əhmədov həlak olan hərbçilərin və müharibə veteranlarının ailələrinə dəstək fonduna daha 1 mln. manat köçürmüşdür.
Son aylarda Rusiyada yaşayan Azərbaycanlı iş adamı, Göyçayda fəaliyyət göstərən "AzNar" QSC-nin sahibi, xeyriyyəçi Fərhad Əhmədov Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon manat vəsait göndərdiyi, hər zaman Azərbaycanda xərcləməklə xalqımıza dəstək olan Fərhad Əhmədov koronavirus pandemiyası ilə mübarizə üçün ölkəmizə şəxsi vəsaiti ilə böyük dəstək oldu. "AzNar" Şirkətinin rəhbəri Fərhad Əhmədov ermənilərin Gəncə şəhərində törətdiyi terror hadisəsi qurbanlarının ailə üzvlərinə yardım göndərib. Qarabağda döyüşlər zamanı Azərbaycan ordusuna uduzan ermənilər şəhər və rayonlarımızda yaşayan mülki şəxsləri, obyektləri atəşə tutmaqda davam edir. Ötən günlər ərzində Ermənistan ərazisindən Gəncə şəhərinə bir neçə dəfə raket atılmış, nəticədə çoxlu saylı insan ölmüş və xəsarət almışdı. Azərbaycan xalqının tarixi düşməni olan ermənilərin mülki vətəndaşlara qarşı törətdiyi bu terror hadisələrini qətiyyətlə pisləyən Rusiyada yaşayan tanınmış Azərbaycanlı iş adamı, "AzNar" Şirkətinin rəhbəri Fərhad Əhmədov Qarabağın işğaldan azad olunması uğrunda döyüşən ordumuza, yaralı əsgərlərə, eləcə də Gəncədə törədilən terror hadisələri zamanı həlak olan və xəsarət alan şəxslərin ailələrinə yardım edib. Bununla əlaqədar "AzNar" QSC-nin Baş direktoru Teymur Əhmədov Gəncəyə səfər edib, raketin düşdüyü ərazidə terror qurbanlarının xatirəsini yad edib, sonra yas mərasimlərində iştirak edib, həlak olan şəxslərin ailə üzvlərinə baş sağlığı verib. Xəsarət alan şəxslərə baş çəkən Teymur Əhmədov onlara Allahdan şəfa diləyib.Ölən və xəsarət alan şəxslərin ailələrinə "AzNar" Şirkətinin maddi yardımı, geyim əşyaları və ərzaq malları verilib. Bu xeyriyyə kampaniyası müharibə başa çatan günədək, 5 yük avtomobili vasitəsilə “AzNar” şirkətinin meyvə şirələri, qida məhsulları, on minlərlə ədəd geyim əşyaları, siqaret, cilet və digər zəruri əşyalar, ümumilikdə dəyəri 250 min manat olan 10 çeşiddə məhsul hərbi hissələrə və hospitallara göndərilib. Qəhrəman Azərbaycan əsgəri ilə qürur duyduğunu deyən Fərhad Əhmədov bu xeyriyyə aksiyasını Qarabağda müharibənin sonuna qədər davam etdirilib. Azərbaycan əsilli rusiyalı milyarder, keçmiş Rusiya senatoru Fərhad Əhmədov Qarabağda gedən müharibə ilə bağlı xalqa müraciətlə çıxış edib. Habelə Azərbaycana gələrək ordumuza, yaralıların müalicə olunduğu hospitallara sovqat göndərilməsi kampaniyasını həyata keçirib.

Vətən müharibəsi zamanı biznesmen özünün Facebook səhifəsində yerləşdirdiyi müraciətində bildirir.

-Əziz həmvətənlər!

Bütün azərbaycanlıların bir nəfər kimi sıx birləşməsinin və bizim təcavüzkarlar tərəfindən işğal edilən tarixi torpaqlarımızın azad edilməsini başladan Azərbaycanın Ali Baş komandanını, ordunu dəstəkləməsinin vaxtı çatıb.

Başqasının torpağına gəlib yerləşənlər azərbaycanlılar deyil, qanunsuz işğalı bütün yollarla qanuniləşdirməyə can atan da azərbaycanlılar deyil, onilliklər boyu bir-birinin ardınca danışıqları pozan və beynəlxalq vasitəçilərə məhəl qoymayanlar da azərbaycanlılar deyildi.

Bizim düşmənlərimiz ermənilər yox, nizamlama prosesini şüurlu şəkildə dalana dirəyən, bütöv nəsilləri nifrət və illüziyalarla yetişdirən avantüristlərdir.

Mənim bütün düşüncəm, hisslərim və dualarım bu günlərdə haqlı döyüş aparan əsgərlərimiz və zabitlərimizlədir. Ədalət bizim tərəfimizdədir və deməli qələbə də bizim olacaq!

Aznar şirkəti və rəhbərliyinə qarşı qarayaxma kampaniyası davam edir

Aznar şirkəti və rəhbərliyinə qarşı qarayaxma kampaniyası davam edir

Aznar şirkəti və rəhbərliyinə qarşı qarayaxma kampaniyası davam edir
Aznar şirkəti və rəhbərliyinə qarşı qarayaxma kampaniyası davam edir
Aznar şirkəti və rəhbərliyinə qarşı qarayaxma kampaniyası davam edir
Aznar şirkəti və rəhbərliyinə qarşı qarayaxma kampaniyası davam edir
Aznar şirkəti və rəhbərliyinə qarşı qarayaxma kampaniyası davam edir

Hə əzizlərim müharibə zəfər qələbəsi ilə, Ali baş komandan İlham Əliyev cənablarının "Dəmir yumruq" əməliyyatına rəhbərliyi ilə, Azərbaycan ordusunun zabit, əsgər heyyətinin, xalq- iqtidar, sahibkar-fəhlə birliyinin Qarbağ Azərbaycandır! şüarı ilə bitdi. Aznar QSC in direktoru Teymur Fərəc oğlu Əhmədovun gözə görünməz xəstəlik olan, düyda hökm sürən Covid19, karona virusu zamanı Nazirlər Kabineti tərəfindən yaradılan Operativ qərərgahın elan etdiyi karantin rejimi vaxtı yoxsul, aztəminatlı, başsız, kasıb ailələrə göstərdiyi yardımlar Göyçay və yaxın ətrafda olan sakinlərin yadaşlarındadır. Dəfələrlə mən özüm Teymur Əhmədovun şəxsən özünün iştirakı ilə ailələrə göstərilən dəstək kompaniyalarında iştirak etmişəm. 27 sentyabr 2020 ci ildə başlanan 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının ölkəmizdə qismən hərbi çağrış elan etməsinə səs verən könüllü olaraq cəbhəyə gedən igid həmyerlilərinin ailələrinə etdiyi yardım "Cəbhədə olan əsgər ailəsinin yanındayıq" adlı dəstək aksiyasını yaradan Aznar QSC-in direktoru Teymur Fərəc oğlu Əhmədovun etdiyi yardımlar, əmisi xeyriyyəçi, sahibkar, vətəninini sevən, əsgərinə inanan Fərhad Əhmədovla birgə dəfələrlə düşmənlə həmsərhəd N saylı hərbi hissələrə etdikləri yardımlar danılmaz faktlardır. Vətənpərvərlik ruhunun şirkətdə yüksək şəkildə aşılanması məhz zavod işçilərinində 30 ilə yaxın düşmən tapdağında olan əbədi və əzəli torpaqlarımızın azadlğı uğrunda döyüşlərə qatılması bir daha əyani sübutdur. Vətən müharibəsi şəhidlərinin ailələrinə, döyüşlərdən qayıdan qazilər və iştirakçılara olunan köməklik, dəstək şirkət rəhbərliyini mənəvi borc kimi qarşılarına qoyduqları vəzifə oldu.
Aznar şirkəti və rəhbərliyinə qarşı qarayaxma kampaniyası davam edir
Aznar şirkəti və rəhbərliyinə qarşı qarayaxma kampaniyası davam edir
Aznar şirkəti və rəhbərliyinə qarşı qarayaxma kampaniyası davam edir
Aznar şirkəti və rəhbərliyinə qarşı qarayaxma kampaniyası davam edir
Aznar şirkəti və rəhbərliyinə qarşı qarayaxma kampaniyası davam edir

Aznar şirkəti və rəhbərliyinə qarşı qarayaxma kampaniyası davam edir
Aznar şirkəti və rəhbərliyinə qarşı qarayaxma kampaniyası davam edir

Aznar şirkəti və rəhbərliyinə qarşı qarayaxma kampaniyası davam edir
Aznar şirkəti və rəhbərliyinə qarşı qarayaxma kampaniyası davam edir

Yaxı oğul öz kökünə, keçmişinə, soyadına, damarında axan qana, nəslinin ad sanına, hörmətinə, sayılıb-seçilməyinə, haqqa, ədalətə, düzgünlüyə, səmimiyətə, mərdliyə, şəfaflığa, bərabərliyə, insanlığa söykənər. Bu günlər gündəmi zəbt edən bəzi qələbəyə sevinməyənlər var ki, bu qələbədə öz imzası olanlara qarşı kampaniya keçirdərək, öz iyrənc əməllərindən əl çəkmirlər. Belə ki, ikinci Qarabağ müharibəsi zamanı arxa cəbhədə canla-başla, vətən naminə, Azərbaycan uğrunda xidmət edən, dövlət və dövlətçiliyi yüksək tutan Aznar şirkətinin gənc rəhbərinə qarşı özlərinə xas namərdcəsinə iş qurub, yalan, böhtan, şər dolu paylaşmalar həyata keçirirlər. Belələri keçmişdən bu günə və sabaha uğurla gedən Aznar adıyla dünyada ölkəmizi tanıdan, insanların inamını qazanan, işsizlik problemini uzun müddətdir yüksək səviyyədə həll edən, çoxlu sayda işçisi olan bir zavodun fəaliyyətinə ləkə gətirmək istəyirlər. Azərbaycanın hər yerində o cümlədən xaricdə Aznar şirkəti və o şirkətin mərd, ləyaqətli, şərəfli, səmimi, mehriban, daim haqlının, düzgünün, işçinin yanında olan rəhbəri olduğunu bilirlər. O rəhbər ki, daim öz əməkdaşını qoruyur, onun hüquqlarını, istək və amalını üstün tutur. Təsadüfü deyil ki, bu gün Göyçay rayonunda Aznar QSC -in işçisi olanlar xöşbəxt sayıraq, şirkətin adıyla fəxr edir. Rəhbərliklə işçilər arasında olan birlik günü-gündən artan uğurlara, yüksələn zirvələrə yol açır. Budur Aznar və onun gənc liderinin fəaliyyəti.

Bu günlərdə gündəmi zəbt edən, bəzi reklam tutmaq xatirinə, şirkət rəhbərliyinin adından istifadə edən saytlara bildirmək istərdik ki, Teymur Əhmədov adına “AZNAR” QSC-nin “Qrante-Trading” filialının keçmiş əməkdaşlararının bir çoxu ilə əmək müqaviləsinin müddəti bitdikdən sonra digərlərilə isə öz ərizələri əsasında əmək müqavilələrinə xitam verilmişdir.
Əmək müqavilələriniə xitam verilməsinə səbəb həmin filialın daxilində olan bəzi əməkdaşlar tərəfindən mənimsəmələrə yol verilməsi və həmçinin filial zərərlə fəaliyyət göstərilməsi olmuşdur. Hal-hazırda qeyd olunan filialda audit yoxlaması keçirilir və həmin yoxlamanın nəticəsi əsasında baş vermiş mənimsəmələr barədə hüquq-mühafizə orqanlarına tərəfimizdən müraciət ediləcəkdir.
Bundan başqa, bəzi saytlarda paylaşılan guya işçilərin əmək haqqlarının ödənilməməsinə dair bildirmək istəyirik ki, keçmiş əməkdaşların əmək haqqlarının son haq-hesabları hissə-hissə həyata keçirilir.Bu əməliyyat hazırda da davam edir.
Şirkətdə olan qanun pozuntusuntusuna gəldikdə isə hər hansı qanun pozuntusu ilə fəaliyyətimizin həyata keçirilməsi iddiası tamamilə həqiqətlərə uyğun deyil. Belə ki, Dövlət Vergi Xidməti tərəfindən filialda yoxlama həyata keçirlmişdir və həmin yoxlamanın nəticəsi üzrə hər hansı nöqsan aşkar edilməmişdir.
Keçən ayda baş vermiş yol-nəqliyyat hadisəsində, bəzi şou düzəltmək istəyən sayt rəhbərlərinə bildiririk ki, Aznar şirkətinin direktoru Teymur Fərəc oğlu Əhmədovun adının çəkildiyi yol qəzasında halandırmaq yenədə sadəcə olaraq məhşur şəxslərin adından istifadə edərək saytlarına oxucu kütləsi toplamaqdan ibarətdir. Baş verən yol-nəqliyyat hadisəsində şirkət rəhbəri nə sürücü nədə sərnişin olaraq hadisədə iştirak etməyib. Baş verən hadisənin Teymur Əhmədovla hər hansı əlaqəsi yoxdur. DYP tərəfindən faktla bağlı araşdırmanın nəticəsi olaraq məlumat olaraq bildirək ki, 10 BB 709 dövlət qeydiyyat nişanlı “Porsche” markalı avtomobil Teymur Əhmədova məxsus olduğu üçün həmin yol-nəqliyyat hadisə üzrə Teymur Əhmədov zərərçəkmiş şəxs qismində tanınmışdır.


Maraqlıdır ki, bəzi saytlar bu kimi böhtan xarakterli paylaşmalarla özlərinə retinq yığmaq, qarayaxma kampaniyası aparararaq şirkət və şirkət rəhbərliyinə qarşı fərziyə dolu jurnalist araşdırması aparmadan, məsuliyətsiz, qərəzli mövqe tutaraq yalan dolu yazı paylaşır. Belə sayt rəhbərlərinə Azərbaycan Respublikası KİV vasitələr ində şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ olduğunu xatırlatmaq istərdik. Jurnalist hüquqlarının pozulmasına görə məsuliyyət olduğu kimi bu hüquqlardan sui-istifadəyə görə də məsuliyyət olduğunu diqqətlərinə çatıraraq, media nümayəndəsi açıqlanması qanunla qadağan edilən məlumatları açıqladıqda, vətəndaşların şəxsi həyatına qəsd etdikdə, pornoqrafik materialları dərc etdikdə, qanunda göstərilmiş hallardan başqa informasiyanı onun mənbəyini göstərmədən yaydıqda məsuliyyət daşıdığını bildirmək istərdik. Qanunlara əməl etmək hamının borcudur şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq jurnalist tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması məsuliyyətə səbəb oluduğunu qeyd etməklə bəzi qərəzli paylaşmalar edən saytlara son dəfə xəbərdarlıq edirik. "Yalan məlumatlar yayan, cəmiyyətdə çaşqınlıq yaradan KİV-lər və jurnalistlər haqqında müvafiq hüquqi ölçü götürüləcək.
Sonda isə mətbuat nümayəndələrinin, əsil jurnalis adına hörmətlə yanaşanlara, əsil qələm sahiblərinə, öz işini, vəzifəsini sevərək, dövlət və dövlətçiliyə xidmət edən həmkarlarıma, dördüncü hakimiyyət olan mətbuat sahəsində çalışanları Aznar QSC haqqında yazı və ya xəbər verilmədən öncə araşdırılma aparmalarını, verilən hər hansı məlumatı dəqiqləşdirməyə çağırıram. Mətbuat elin aynasıdır, düzhün məlumatı mətbuatdan oxuyub, jurnalist araşdırmasına və jurnalist qələminə hörmətlə yanaşaq. Biz mətbuatla daim əməkdaşlıq etməyə hazırıq.
Aznar şirkəti və rəhbərliyi haqqında bəzi saytlar qərəzli mövqe tutur

Aznar şirkəti və rəhbərliyinə qarşı qarayaxma kampaniyası davam edir

Anar ƏLİŞAHOĞLU, hüquqşünas-jurnalist.
Baxış sayı: 877