Laçında iki hərbçimiz qəzaya düşərək həlak oldu » devlet.info.az
Xəbərlər



Laçında iki hərbçimiz qəzaya düşərək həlak oldu
Laçında iki hərbçimiz qəzaya düşərək həlak oldu

İyunun 28-də günorta saatlarında Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Müdafiə Nazirliyindən bildirib.

“KamAZ” markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu həlak olub.

Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçuların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.
Baxış sayı: 9