SOCAR-ın Ukraynaya tədarük etdiyi Rusiya dizelinin həcmi açıqlanıb » devlet.info.az
Xəbərlər



SOCAR-ın Ukraynaya tədarük etdiyi Rusiya dizelinin həcmi açıqlanıb
SOCAR-ın Ukraynaya tədarük etdiyi Rusiya dizelinin həcmi açıqlanıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi "SOCAR New Energy" iyun ayında Ukraynaya "Rosneft" istehsalı olan 78,3 min ton dizel yanacağı idxal edib.

Bu barədə Ukrayna KİV-lərinə istinadən məlumat verir.

Həmin həcmin 23,4 min tonu "SOCAR Energy Ukraine" şirkətinin ünvanına idxal olunub. 17,7 min yanacaq "Bel Petrol Treydinq", 16,3 min ton "BRSM-Nafta" şirkətlərinə tədarük edilib.

Qeyd edək ki, SOCAR Ukraynadakı fəaliyyətini 2009-cu ilin dekabrında yaradılmış "SOCAR Energy Ukraine" şirkəti vasitəsilə həyata keçirir.
Baxış sayı: 8